Məhkəmə qərarları › İş №2(046)-1241/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1241/2021

06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1241/2021 06.12.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh 3131 manat məbləğində borcun və 30 manat dövlət rüsumu olmaqla, cəmi 3161 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsində tələbi belə əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında 21.09.2018-ci il, 06.12.2018-ci il, 15.02.2019-cu il və 04.05.2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən Samsung Galaxy J4 və Samsung Galaxy J2 markalı mobil telefonlar, Hoffmann markalı LED TV, Toshiba markalı kondisioner və Samsung Galaxy A7 markalı mobil telefon cavabdehə satılmışdır. Müqavilələrin şərtlərinə əsasən borclu alqı-satqı qiyməti 564 manat (12 ay x 47 manat + 0 manat ilkin ödəniş) olan Samsung Galaxy J4 markalı mobil telefon, alqı-satqı qiyməti 422 manat (20 ay x 21 manat + 2 manat ilkin ödəniş) olan Samsung Galaxy J2 markalı mobil telefon, alqı-satqı qiyməti 792 manat (18 ay x 44 manat + 0 manat ilkin ödəniş) olan Hoffmann markalı LED TV, alqısatqı qiyməti 2416 manat (24 ay x 97 manat + 88 manat ilkin ödəniş) olan Toshiba markalı kondisioner və alqı-satqı qiyməti 921 manat (18 ay x 47 manat + 75 manat ilkin ödəniş) olan Samsung Galaxy A7 markalı mobil telefon üçün ümumilikdə cavabdeh cəmi 2706 manat ödəniş etmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh qalan borcunu ödəməmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 21.09.2018-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh 12 ay müddətinə dəyəri 564 manat olan Samsung Galaxy J4 markalı mobil telefon satılmışdır. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06.12.2018-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh 20 ay müddətinə dəyəri 422 manat olan Samsung J2 markalı mobil telefon satılmışdır. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06.12.2018-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh 18 ay müddətinə dəyəri 792 manat olan Hoffmann markalı LED TV satılmışdır. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 15.02.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh 24 ay müddətinə dəyəri 2416 manat olan Toshiba markalı kondisioner satılmışdır. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04.05.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh 18 ay müddətinə dəyəri 921 manat olan Samsung A7 markalı mobil telefon satılmışdır. Məhkəməyə təqdim edilmiş ödəniş cədvəllərindən görünür ki, 21.09.2018-ci il, 06.12.2018-ci il, 15.02.2019-cu il və 04.05.2019-cu il tarixli müqavilələrə əsasən Cavabdeh iddiaçıya 3131 manat əsas borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdehdən 21.09.2018-ci il tarixli müqavilə üzrə 28 manat, 06.12.2018-ci il tarixli müqavilə üzrə 19 manat, 06.12.2018-ci il tarixli müqavilə üzrə 26 manat, 15.02.2019-cu il tarixli müqavilə üzrə 523 manat və 04.05.2019-cu il tarixli müqavilə üzrə 126 manat dəbbə pulu tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafeylərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun ümumilikdə 10 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsas borc üzrə 2409 manat borc, 10 manat cərimə borcu və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2409 manat əsas borc, 10 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 2449 manat tutularaq İddiaçı MMC-nin hesabına keçirilsin. Qətnamənin icrası Cavabdeh yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar