Məhkəmə qərarları › İş №2(046)-1253/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1253/2021

10.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1253/2021 10.12.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, iddiaçı Yelo Bank ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Yelo Bank ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh kredit müqaviləsinə üzrə 2871.03 manat əsas kredit borcun, 13.75 manat faiz borcu, 01.42 manat cərimə borcu olmaqla, cəmi 2886.2 manat kredit borcunun ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Yelo Bank ASC-nin nümayəndəsi məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılması və tələbin təmin edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Yelo Bank ASC tələbi belə əsaslandırmışdır ki, 27.12.2018-ci il tarixdə Nikoyl İKB ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh illik 21 faiz olmaqla 36 ay müddətinə 6000 manat kredit verilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh kredit müqaviləsi üzrə cəmi 2886.2 manat borcu yaranmışdır Müqavilələrdən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icrasını təmin etmək məqsədi ilə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, kredit üzrə borcun qaytarılması üçün heç bir tədbirlər görülməmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 27.12.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, Nikoyl İBK ASC ilə Cavabdeh arasında 36 ay müddətinə illik 21 faiz olmaqla 6000 manat məbləğində kredit verilməsinə dair müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh hər iki müqavilə üzrə cəmi 2886.2 manat borcu vardır. Təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh kredit müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımı qaydada yerinə yetirməmiş, müqavilə şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçı Yelo Bank ASC məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Yelo Bank ASC-nin iddiası təmin edilməli, Cavabdeh kredit müqaviləsi üzrə 2871.03 manat əsas kredit borcun, 13.75 manat faiz borcu, 01.42 manat cərimə borcu olmaqla, cəmi 2886.2 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq Yelo Bank ASC-nin hesabına ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh kredit müqaviləsi üzrə 2871.03 manat əsas kredit borcun, 13.75 manat faiz borcu, 01.42 manat cərimə borcu olmaqla, cəmi 2886.2 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar