Məhkəmə qərarları › İş №2(046)-1255/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1255/2021

09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1255/2021 09.08.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X1 Rizvan oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində 09 avqust 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: LPO İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 424.51 manat əsas borcu, 21.34 manat faiz borcu, 302.08 manat cərimə borcu və müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 98.82 manat borc olmaqla, cəmi 846.75 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı LPO İddiaçı ASC iddia ərizəsində tələbi belə əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış 2230 İK №-li 27 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə “Euroclima” istilik sistemləri almaq məqsədi ilə 18 (on səkkiz) ay müddətinə illik 24 (iyirmi dörd) fai; dərəcəsi ilə 1700 (bir min yeddi yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 27 yanvar 2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.2-c bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalank birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 2.2.3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüquqi vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə cavabdehlər bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbi görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerin yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfində: ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövr təsadüf edir. Hal buki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtınd qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 24.02.2021-ci il tarixə kredit üzrə cəmi borcu 846,75 səkkiz yüz qırx altı manat 75 qəpik) manat təşkil edir. Bundan 424,51 (dörd yüz iyirmi dörd mana 51 qəpik) manat əsas, 21,34 ( iyirmi bir manat 34 qəpik) manat faiz, 302,08 ( üç yüz iki manat 0 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014 cü il tarixli Plenum qərarına əsasən hesablanmış 98,82 ( doxsan səkkiz manat 82 qəpik) manat fai borcu təşkil edir. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh2 iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək LPO İddiaçı ASC ona qarşı kredit müqaviləsi kredit borcunun qaytarılması tələbi üzrə müddət bitdiyindən, tələbin rədd edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdehi dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş 2230 İK №-li 27 yanvar 2015-ci il tarixli kredit verilməsi müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 18 ay müddətinə 1700 manat kredit müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 27 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 18 ay müddətinə zaminlik müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 2230 İK №-li 27 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsinin cədvəl üzrə son ödəniş tarixi 27 iyul 2016-ci il tarixdə bitmişdir. Məhkəmə hesab edir ki, kredit müqaviləsinin bitmə tarixi 27 iyul 2016-cı il olduğu əsas götürülərsə, iddia tələbi üzrə qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi 27 iyul 2016-cı il tarixədək qüvvədə olmuşdur. İddiaçı tərəf isə iddia ərizəsini 06 may 2021-ci il tarixdə tərtib etmişdir. Göründüyü kimi üç illik iddia müddəti iddiaçı tərəfindən buraxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli, iddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 424.51 manat əsas borcu, 21.34 manat faiz borcu, 302.08 manat cərimə borcu və müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 98.82 manat borc olmaqla, cəmi 846.75 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə tələbi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia rədd edilsin. İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 424.51 manat əsas borcu, 21.34 manat faiz borcu, 302.08 manat cərimə borcu və müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 98.82 manat borc olmaqla, cəmi 846.75 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar