Məhkəmə qərarları › İş №2(046)-1260/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1260/2024

31.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1260/2024 31.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4550 manat məbləğində pulun və 66 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 2024-cü ilin fevral ayında cavabdehdən 700 manat beh alaraq 18 baş qoyunu (5 baş qoyunu hər birini 280 manata, 3 baş qoyunu hər birini 250 manata, 10 baş qoyunu hər birini 310 manata) 5250 manata satmışdır. Cavabdeh borclu qaldığı 4550 manat pulu 4 gün ərzində ödəyəcəyini öhdəsinə götürsə də, lakin borclu qaldığı 4550 manat pulu ödəməmişdir. Sonuncu danışıqlarında borclu qaldığı 4550 manat pulu ödəyəcəyini söz verərək bu barədə yenidən öhdəlik götürsədə dəfələrlə əlaqə saxlamasına baxmayaraq söz verdiyi vaxtda borcunu qaytarmamışdır. Bu barədə Göyçay rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş və şikayət ərizəsi araşdırılarkən cavabdeh ona borclu olduğunu etiraf edərək borcunu 2024cü ilin dekabr ayının axırına kimi hissə-hissə tam qaytaracağı barədə izahat vermişdir. Lakin cavabdeh götürdüyü öhdəliyi yerinə yetirməyib 4550 manat borcun hissə-hissə ödənişini təmin etməyib həmin borcundan qaytarmamışdır. Göyçay rayon Polis Şöbəsinin 20 may 2024-cü il tarixli qərarı qəbul edilmiş, Göyçay rayon Polis Şöbəsi müraciətindəki xüsusatların mülki xarakterli olduğundan ona mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh SMS bildiriş vasitəsilə məlumat verilmiş,qeydiyyatda olduğu ünvana göndərilmiş məhkəmə bildirişi həmin ünvanın bağlı olması səbəbindən geri qaytarılmış, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərinə əməl edilməklə işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə iddiaçını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş Cavabdeh Göyçay rayon Polis Şöbəsində xx.xx.2024-cü il tarixdə verdiyi izahatdan görünür ki, İddiaçı tanıyır, onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. Zahir ilə 2024-cü ilin əvvəlində tanış olmuşdur. Zahir təsərrüfatla məğul olur, təsərrüfatında xırda buynuzlu heyvanlar var. O da heyvan alqı-satqısı ilə məşğul olur, bu minvalla aralarında alqı-satqıya dair şifahi razılıq olmuşdur. O 2024-cü ilin fevral ayında Zahirdən 18 baş xırdabuynuzlu heyvan almışdır, həmin heyvanların ümumi qiyməti 5250 manat idi. Həmin pulun 700 manatını 2024-cü ilin fevral ayında ödəmişdir. 4550 manat isə hazırda İddiaçı borcu vardır. Həmin borcu qısa müddət ərzində ödəyəcəyinə söz vermişdir. İşə əlavə edilmiş 20 may 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində material üzrə cinayət işi başlanılması başlanılması rədd edilmiş, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göyçay rayon prokuroruna göndərilmiş və qərarın surəti İddiaçı göndərilməklə qərardan narazı olduğu halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və ya məhkəməyə şikayət etmək hüququnun olması ona izah edilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsindən əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərədə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyat keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, İddiaçı Cavabdeh 2024-cü ilin fevral ayında 5250 manat dəyərində 18 baş xırdabuynuzlu heyvan nisyə satmışdır. Cavabdeh ilkin olaraq 700 manat ödəmiş, qalan 4550 manatı 4 gün ərzində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh Göyçay Rayon Polis Şöbəsində verdiyi izahatında İddiaçı Niazm oğlundan 5250 manat dəyərində xırdabuynuzlu heyvan almasını etiraf etmiş, həmin pulun 700 manatını 2024-cü ilin fevral ayında ödədiyini, 4550 manat isə hazırda İddiaçı borclu olmasını və həmin borcu qısa müddət ərzində ödəyəcəyinə söz vermişdir. Tərəflar arasında 2024-cü ilin fevral ayında xırdabuynuzlu heyvanların satılması ilə bağlı nisyə alqı-satqı müqaviləsi bağlandığından, xırdabuynuzlu heyvanları təhvil almış alıcı Cavabdeh razılaşdırılmış müddət ərzində xırdabuynuzlu heyvanların dəyərini tam ödəməmişdir. Belə olan halda satıcı İddiaçı Niazm oğlu pozulmuş hüququnun bərpası üçün 2 hüquqi müdafiə üsulunu seçə bilər:ya verilmiş əşyanın ödənilməsini, ya da ki, ödənilməmiş malın qaytarılmasını. Məhkəmə hesab edir ki, nisyə satılmış xırdabuynuzlu heyvanların dəyərinin tam ödənilməsi müəyyən edilmədiyindən, satıcı İddiaçı satılmış malın qalıq hissədə olan dəyərini borcludan tələb etmək hüququna malikdir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh xırdabuynuzlu heyvanların satışından ödənilməmiş 4550 manat tutularaq İddiaçı verilməli, bununla da iddia təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 66 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4550 manat məbləğində pul tutularaq İddiaçı verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh 66 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar