Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1274/2021 15.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, Cavabdeh qarşı pul tələbinə dair mülki işə Göyçay şəhərində 15 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1750 manat məbləğində pulun və 30 manat dövlət rüsumun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdeh 24 fevral 2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “Yaqut qızıl mağazası” obyektinə gələrək ümumi çəkisi 20 qram, dəyəri 1900 olan bir dəst brilyant qarnitur dəsti almaq istədiyini bildirmiş, cavabdeh ondan aldığı dəyəri 1900 manat olan malın 600 manat pulunu nəğd şəkilində vermiş və qalan 1300 manatını isə 10 gün müddətinə, yəni 2021-ci ilin mart ayının 5-nədək ödəyəcəyini bildirmişdir. Cavabdeh 27 fevral 2021-ci il tarixdə yenidən onun mağazasına gələrək, çəkisi 4,5 qram, dəyəri 450 manat olan brilyant qaşlı üzük götürmüşdür.Cavabdeh 1750 manat borcunu 5 mart 2021-ci il tarixədək ödəyəcəyini bildirmişdir. Cavabdehə inanaraq və istədiyi qızıl əşyalarından qalan 1750 manat borcunu söz verdiyi 05 mart tarixədək ödəməsi şərti ilə ona nisyə vermişdir. Cavabdeh ondan nisyə qızıl əşyası götürməsi barədə özü öz xətti ilə telefon nömrəsi ilə birlikdə kitaba yazaraq imza etmiş və onun mağazasında nisyə qızıl alması mağazada quraşdırılmış kameraya da düşmüşdür. Cavabdehin ona olan 1750 manat borcu qaytarmasına söz vesə də müxtəlif bəhanələrlə 1750 manat borcu verməkdən imtina etmişdir. Cavabdeh Hidayət oğlu ona 1750 manat olan borcunu ödəməkdən yayınması barədə Göyçay Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş və polis şöbəsində cavabdehin izahatı alınmışdır. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək iddianı qəbul etdiyini göstərmiş, məhkəmə baxışının iştirakı olmadan keçirilməsini və qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçın izahatını dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 24.02.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh 24.02.2021-ci il tarixdə İddiaçı 1900 manat dəyərində qızıl-ziynət əşyası almış, həmin puldan 600 manatı ödəmiş, 1300 manatını qaytaracağını öhdəsinə götürmüşdür. Bundan başqa 27.02.2021-ci il tarixdə 450 manat dəyərində qızıl-ziynət əşyası almış, həmin pulu da qaytaracağını öhdəsinə götürmüşdür. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, Cavabdeh 24.02.2021-ci il tarixdə İddiaçı 1900 manat dəyərində qızıl-ziynət əşyası almış, həmin puldan 600 manatı ödəmiş, 1300 manatını qaytaracağını öhdəsinə götürmüşdür. Bundan başqa 27.02.2021-ci il tarixdə 450 manat dəyərində qızıl-ziynət əşyası almış, həmin pulu da qaytaracağını öhdəsinə götürmüşdür. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus 1750 manat məbləğində pul vəsaiti Cavabdeh qanunsuz sahibliyindədir. Аzərbaycan Рespublikası MM-nin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsindən əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərədə tutulan müddətdə, müqavilədə belə müddət nəzərədə tutulmadıqda isə bu məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyat keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1750 manat alınaraq İddiaçı verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 1750 manat borc pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1274/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1274/2021
15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver