Məhkəmə qərarları › İş №2(046)-1275/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1275/2021

13.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1275/2021 13.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Göyçay şəhərində 13 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 07.09.2009-cu il tarixdə anadan olmuş X1 üçün onun xeyrinə Cavabdeh tutulan 150 manat alimentin miqdarının artırılaraq hər ay 175 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə teleqram vasitəsi ilə müraciət edərək məhkəmə baxışının iştirakı olmadan keçirilməsinin və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı tələbi belə əsaslandırmışdır ki, cavabdeh Bədəlov Nemət Sİyaz oğlu ilə nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahdan 07.09.2009-cu ildə X4 anadan olmuşdur. Cavabdeh ilə xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar, nikahları məhkəmə qaydasında pozulmuşdur. Göyçay rayon Məhkəməsinin 07.07.2020-ci il tarixli qətnaməsinə əsasən azyaşlı X2 üçün onun xeyrinə cavabdehdən hər ay 150 manat sabit pul məbləğində aliment tutulur. Cavabdeh tərəfindən ödənilən 150 manat məbləğində aliment uşağın tələbatlarını ödəmir. Cavabdehin maddi imkanı yaxşıdır. Buna görə də məhkəmədən xahiş etmişdir ki, Cavabdeh tutulan 150 manat alimentin miqdarı artırılaraq hər ay 175 manat miqdarında müəyyən edilməsi barədə qətnamə qəbul edilsin. İş üzrə Cavabdeh məhkəmə baxışının vaxtı və yeri barədə məlumat verilmiş, cavabdeh ilə telefonoqram vasitəsi ilə əlaqə saxlanılmış, məhkəmə baxışında iştirak edə bilməyəcəyini, iddiaçının ondan tələb etdiyi 175 manat alimenti ödəyə bilməyəcəyini bildirmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə təqdim edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Göyçay Rayon Məhkəməsinin 2(046)-577/2020 saylı 07.07.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, Cavabdeh 07.09.2009-cu il tarixdə anadan olmuş X1 üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmışdır. Məhkəmə baxışı zamanı Cavabdeh tutulan 150 manat alimentin miqdarının artırılaraq 175 manat məbləğində müəyyən edilməsinə, Cavabdeh aylıq gəlirlərinin hər ay uşağın saxlanması üçün 175 manat ödənilməsinə yetərli olduğuna, eləcə də aliment ödəyicisi olan cavabdehin maddi vəziyyətində hər hansı dəyişikliyinin oduğunu təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78-ci və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2017-ci il tarixli Qərarına əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) tələbə baxarkən məhkəmə bu Qərarda formalalışdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin oduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdirilicəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı onun xeyrinə Cavabdeh tutulan 150 manat məbləğində alimentin miqdarının artırılaraq 175 manat məbləğində müəyyən edilməsinə dair iddisı əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilməsin. İddiaçı azyaşlı uşağı X1 üçün Cavabdeh hər ay 150 manat sabit pul məbləğində tutulan alimentin miqdarının artırılaraq 175 manat məbləğində müəyyən edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar