Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1283/2021 08.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, iddiaçı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 100 manat pulun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X2 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Cavabdeh 100 manat borcunu tam ödənilmişdir. Buna görə də müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilir. Məhkəmə iddiaçının ərizəsini iddiadan imtina etməsi kimi qəbul etməklə işin icraatına xitam verməsini tərəflərin mənafeyinə uyğun hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1283/2021
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1283/2021
08.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver