Məhkəmə qərarları › İş №2(046)-1284/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1284/2021

07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1284/2021 07.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bank Respublika ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə Bank Respublika ASC arasında bağlanmış 18.06.2019-cu il tarixli güzəştli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, müştərək qaydada 5001.46 manat əsas kredit borcu, 4.9 manat faiz borcu, --- olmaqla, cəmi 5006.36 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı Bank Respublika ASC-nin nümayəndəsi X3 iddianın həcminin azaldılması barədə ərizə təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlətinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına əsasən Cavabdeh1 18 iyun 2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən, 60 ay müddətinə illik 1% olmaqla, 12 ay güzəşt müddəti hesab olunmaqla, 5184.03 manat məbləğində kredit verilmişdir. Öhdəliklərin icrasının təmini kimi Cavabdeh2 ilə “18” iyun 2019-cu il tarixli, 003FİZAM05094002 saylı, Cavabdeh3 ilə“ 18” iyun 2019-cu il tarixli, 00FİZAM011601102 saylı zaminlik müqaviləsi bağlanmış, bununlada zamin-cavabdeh borclu ilə birlikdə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Lakin, Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 07.04.2021-ci il tarixə iddiaçıya 5001.46 AZN məbləğində əsas kredit borcu, 4.9 AZN məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla, cəmi 5006.36 AZN məbləğində vəsait borcu qalmaqdadır. Bundan başqa bank məhkəməyə ərizə verərkən 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh3 25.04.2021-ci il tarixdə vəfat etmişdir. Buna görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada cəmi 5006.36 manat kredit borcunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdehlər məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 18.06.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında illik 1 faiz olmaqla 60 ay müddətinə 5184.03 kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 18.06.2019-cu il tarixli zaminlik müqavilələrindən görünür ki, Bank Respublika ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. E-Məhkəmə sistemindən çıxarışdan görünür ki, X2 surətindən görünür ki, Cavabdeh3 25.04.2021-ci il tarixdə vəfat etmişdir. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, mərhum Cavabdeh1 ilə Bank Respublika ASC arasında 18.06.2019-cü il tarixdə kredit müqaviləsi bağlanmış və Cavabdeh1 60 ay müddətinə illik 1% olmaqla 5184.03 manat məbləğində kredit verilmişdir. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə 18.06.2019-cü il tarixdə Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmış və onlar kredit alan Cavabdeh1 zamin durmuşlar. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh3 25.04.2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əssasən öhdəliklərin icrası… zaminlik… və bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Bank Respublika ASC-nin iddiası təmin edilməli, Cavabdeh1 ilə Bank Respublika ASC arasında bağlanmış 18.06.2019-cu il tarixli güzəştli kredit müqaviləsinin ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5001.46 manat əsas kredit borcu, 4.9 manat faiz borcu olmaqla, cəmi 5006.36 manat kredit borcunun və 30 manat dövlət rüsumu tutularaq Bank Respublika ASC-nə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh1 ilə Bank Respublika ASC arasında bağlanmış 18.06.2019-cu il tarixli güzəştli kredit müqaviləsinin ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5001.46 manat əsas kredit borcu, 4.9 manat faiz borcu olmaqla, cəmi 5006.36 manat kredit borcunun və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar