Məhkəmə qərarları › İş №2(046)-1313/2021

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1313/2021

07.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1313/2021 07.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, iddiaçı Göyçay rayon Qızılağac Bələdiyyəsinin Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 07 iyun 2021-ci il tarixdə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Göyçay rayon Qızılağac Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 tərəfindən zəbt edilmiş 0.40 ha torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Göyçay rayon Qızılağac Bələdiyyəsiərizə ilə məhkəməyə müraciət edərək mülki işin baxılmamış saxlanmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişlər. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək mülki işə mahiyyəti üzrə həll edilməsinin tələb etmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 268ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: iddiaçı Göyçay rayon Qızılağac Bələdiyyəsinin Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş iddiaçının ərizəsinə əsasən baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar