Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-132/2022 24.02.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Yelo Bank ASC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, kredit borcunun qaytarılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Yelo Bank ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 19.03.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4472.5 manat əsas kredit borcunun, 234.58 manat faiz borcu, 13.28 manat cərimə borcu olmaqla, cəmi 4720.36 manat kredit borcunun və 11.02.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2991.41 manat əsas kredit borcun, 219.9 manat faiz borcu, 61.06 manat cərimə borcu olmaqla cəmi 3272.37 manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması və kredit müqavilələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Yelo Bank ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, 19.03.2019-cu il tarixdə Nikoyl İKB ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh illik 20 faiz olmaqla 48 ay müddətinə 7000 manat, 19.03.2019cu il tarixli kredit müqaviləsinə əsasən illik 20.5 faiz olmaqla 36 ay müddətinə 3000 manat kredit verilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh kredit müqaviləsi üzrə borcu yaranmışdır. Müqavilələrdən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icrasını təmin etmək məqsədi ilə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, kredit üzrə borcun qaytarılması üçün heç bir tədbirlər görülməmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçı olan kredit borcunun hissə-hissə ödəyəcəkdir. Tələbin cərimə hissəsini əsassız hesab edir. İş üzrə tərəfləri dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 19.03.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, Nikoyl İBK ASC ilə Cavabdeh arasında 48 ay müddətinə illik 20 faiz olmaqla 7000 manat məbləğində kredit verilməsinə dair müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 11.02.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, Nikoyl İBK ASC ilə Cavabdeh arasında 36 ay müddətinə illik 20.5 faiz olmaqla 3000 manat məbləğində kredit verilməsinə dair müqavilə bağlanmışdır. Təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh kredit müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımı qaydada yerinə yetirməmiş, müqavilə şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, İddiaçı ASC-nin cavabdehdən 19.03.2019-cu il tarixli kredit müqaviləsi üzrə 13.28 manat cərimə borcu və 11.02.2019-cu il tarixli kredit müqaviləs üzrə 61.06 manat dəbbə pulu tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafeylərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun "xxxx" QSC-nin cavabdehdən 19.03.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3.28 manat, 11.02.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1.06 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı Yelo Bank ASC məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Yelo Bank ASC-nin iddiası təmin edilməli, Cavabdeh kredit müqaviləsi üzrə 19.03.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4472.5 manat əsas kredit borcunun, 234.58 manat faiz borcu, 3.28 manat cərimə borcu olmaqla, cəmi 4710.36 manat kredit borcunun və 11.02.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2991.41 manat əsas kredit borcun, 219.9 manat faiz borcu, 1.06 manat cərimə borcu olmaqla cəmi 3212.37 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq Yelo Bank ASC-nin hesabına ödənilməli və 10.06.2019-cu il tarixli güzəştli kredit müqaviləsi ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 19.03.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4472.5 manat əsas kredit borcunun, 234.58 manat faiz borcu, 3.28 manat cərimə borcu olmaqla, cəmi 4710.36 manat kredit borcunun və 11.02.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2991.41 manat əsas kredit borcun, 219.9 manat faiz borcu, 1.06 manat cərimə borcu olmaqla cəmi 3212.37 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Nikoyl İKB ASC ilə Cavabdeh arasında 19.03.2019-cu il və 11.02.2019-cu tarixdə bağlanmış kredit müqavilələri ləğv edilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-132/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-132/2022
24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver