Məhkəmə qərarları › İş №2(046)-1324/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1324/2022

02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1324/2022 02.11.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştiraki ilə, pul tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 9800 manat məbləğində pulun və 120 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, Hər il mövsüm vaxtı Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən və mülkiyyətində olan torpaq sahəsində yetişən, eləcə də kənd sakinlərinin xurma meyvələrini sataraq, ailəsini dolandırır. 2021-ci ildə mövsüm vaxtı, yəni oktyabr ayında Cavabdeh2 ona müraciət edərək, tanışı Cavabdeh1 xurma meyvəsi lazım olduğunu, ona bu işdə kömək etməyini xahiş etmişdir. Cavabdeh2lə uzun müddət tanışlığı olduğu üçün onun təklifini qəbul edərək, Cavabdeh1la əməkdaşlıq etməyə razılıq vermişdir. 9800 manat dəyərində xurma meyvəsini Cavabdeh1 təhvil versə də, sonuncu aldığı malın dəyərini verməmişdir. Sövdələşməyə görə xurma meyvəsini ona təhvil verən anda, məhsulun dəyərini ödəyəcək. Lakin Cavabdeh1 götürdüyü öhdəliyi icra etməmiş, məhsulun dəyərini ödəməmişdir. Dəfələrlə borcu qaytarması üçün Cavabdeh1la əlaqə saxlasa da, sonuncu borcu ödəməkdən yayınmış, müxtəlif bəhanələr gətirərək götürdüyü öhdəliyi icra etməmişdir. Cavabdehin qanunsuz hərəkətləri barədə tərəfindən Sabirabad rayon Polis şöbəsinə müraciət edilmiş, ərizə əsasında Cavabdeh1 izahatı alınmış, sonuncu ona 9800 manat borclu olmasını etiraf etmiş, qısa müddət ərzində borcunu qaytaracağını bildirmişdir. Lakin cavabdeh yenə də, ona borclu olduğu pulu ödəməmişdir. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh2 iddianı qismən qəbul edərək göstərmişdir ki, Sabirabad rayon sakini Bahəddin əvvəllər tanımışdır. 2021-ci il tarixdə Bahəddin ona müraciət edərək xurma məhsulu almaq istədiyini bildirmişdir. Bununla bağlı İddiaçı müraciət etdim. İddiaçı 9800 manat dəyərində xurma məhsulunu Bahəddinə nisyə satdı. Bahəddin xurma məhsulundan ziyan etdiyi üçün xurma məhsulunun dəyərini qaytara bilməmişdir. Bahəddinin izahatında 9800 manat pulu ona borclu olmasına münasibətdə bildirir ki, 9800 manat pul iddiaçı Sadiqə çatacaqdır. İş üzrə Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, 2021-ci il tarixdə tanışı Cavabdeh2 müraciət edərək xurma məhsulu almaq istədiyini, lakin pulunu daha sonra verəcəyini bildirmişdir. Bundan sonra Cavabdeh2 ona 9800 manat dəyərində xurma məhsulu alaraq vermiş, həmin məhsulu X1 şəhərinə göndərmiş, lakin ziyan etdiyindən borcunu qaytara bilməmişdir. Hal-hazırda Cavabdeh2 9800 manat borcu qalmışdır. İddiaçı tanımır, onunla heç bir alqı-satqı aparmamışdır. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Polis şöbəsindən daxil olmuş Cavabdeh1 tərəfindən verilmiş izahatdan görünür ki, Cavabdeh1 Cavabdeh2 2021-ci ilin noyabr ayında 9800 manat dəyərində xurma məhsulu almışdır. Həmin məhsulu Rusiya Federasiyasına göndərmiş, ziyan etdiyindən 9800 manat borcunu Cavabdeh2 qaytara bilməmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, 2021-ci ilin noyabr ayında İddiaçı 9800 manat dəyərində xurma məhsulu Cavabdeh2 nisyə olaraq satmışdır. Lakin Cavabdeh2 həmin məhsulun dəyərini iddiaçıya qaytarmamışdır. Eləcə də məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 izahatları ilə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsi bağlanmamış, heç sövdələşmə olmamışdır. Məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia Cavabdeh2 qarşı qaldırılan hissədə təmin, Cavabdeh1 qarşı qaldırılan hissədə rədd edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus 9800 manat məbləğində pul vəsaiti Cavabdeh2 qanunsuz sahibliyindədir. Аzərbaycan Рespublikası MM-nin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsindən əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərədə tutulan müddətdə, müqavilədə belə müddət nəzərədə tutulmadıqda isə bu məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyat keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsində dövlət rüsumu tələb etmədiyindən məhkəmə hesab edir ki, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 9800 manat alınaraq İddiaçı verilməli, iddia Cavabdeh1 qarşı qaldırılan hissədə rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 9800 manat və 120 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia Cavabdeh1 qarşı qaldırılan hissədə təmin edilməsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar