Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-135/2024 21.02.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində hasar çəkilməsinə yaradılan maneələrin aradan qaldırılması və İddiaçı Cavabdeh İddiaçı qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işlərə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən 0,073867 həyətyanı torpaq sahəsinə hasar çəkmə işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda İddiaçı tərəfindən xüsusi mülkiyyətimdə olan fərdi yaşayış evinə bitişik tikilmiş qanunsuz talvar tikilisinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X2 ərizə ilə məhkəməyə müraciət edərək mülki işin baxılmamış saxlanmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək mülki işin baxılmamış saxlanmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1.-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəməyə təqdim edilmiş ********** nömrəli xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, X2 tərəfindən Göyçay rayon Məhkəməsinin hesabına 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəməyə təqdim edilmiş ********** nömrəli xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən Göyçay rayon Məhkəməsinin hesabına 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 268ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində hasar çəkilməsinə yaradılan maneələrin aradan qaldırılması və İddiaçı Cavabdeh İddiaçı qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işlər iddiaçıların ərizəsinə iddia ərizələr və əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı X2 tərəfindən ********** nömrəli xx.xx.2023-cü il tarixli nömrəli qəbzlə Göyçay rayon məhkəməsinin hesabına ödənilmiş 100 manat dövlət rüsumu X1 qaytarılsın. İddiaçı Cavabdeh tərəfindən ********** nömrəli xx.xx.2023-cü il tarixli nömrəli qəbzlə Göyçay rayon məhkəməsinin hesabına ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-135/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-135/2024
21.02.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver