Məhkəmə qərarları › İş №2(046)-1356/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1356/2021

26.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1356/2021 26.08.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Göyçay şəhərində 26 avqust 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 07.09.2011-ci il tarixdə anandan olmuş X3, 10.12.2012-ci il tarixdə anadan olmuş X2 və 17.06.2015-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 100 manat məbləğində tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 170 manat cəmi 510 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikahdan 07.09.2011-ci il tarixdə X5, 10.12.2012-ci il tarixdə X5 və 17.06.2015-ci il tarixdə X6 anadan olmuşdur. Göyçay Rayon Məhkəməsinin 2(046)-2586/2017 saylı 21.08.2017-ci il tarixli qətnaməsinə əsasən 3 uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 100 manat cəmi 300 manat aliment alınıb ona verilməsi qət edilmişdir. Uşaqlar boyüdükçə onların da maddi tələbatı artdığından uşaqları tək başına saxlamaqda çətinlik çəkir. Uşaqlara qulluq etdiyi üçün heç bir yerdə işləmir. Cavabdeh fərdi işlə məşğul olur, maddi imkanı yaxşıdır. Buna baxmayaraq cavabdeh uşaqlarına əlavə heç bir maddi yardım görsətmir. Buna görə də uşaqların saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 170 manat cəmi 510 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə baxışının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə Cavabdeh ilə telefonoqram vasitəsi ilə əlaqə saxlanmış, cavabdeh iddianı qəbul etməyərək hər ay hər uşağa görə 170 manat alimenti ödəyə bilməyəcəyini bildirmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin 2(046)-2586/2017 saylı 21.08.2017-ci il tarixli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahından 07.09.2011-ci il tarixdə anadan olmuş anadan olmuş X3, 10.12.2012-ci il tarixdə anadan olmuş X2 və 17.06.2015-ci il tarixdə anadan olmuş X1 üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulması qət edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Bronda İtaliyaya qarşı” işi üzrə qərarda göstərilmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. Məhkəmə sabit pul məbləğində cavabdehdən tutulacaq alimentin miqdarını müəyyən edən zaman uşağın mənafeyini iddiaçının əmlak vəziyyətini və digər diqqətəlayiq halları nəzərə alır. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin konvensiyanın 27-ci maddəsinin 2 bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Məhkəmə baxışı zamanı İddiaçı azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay tutulan alimentin miqdarının artırılaraq hər ay 170 manat məbləğində müəyyən edilməsinə dair heç bir mötəbər sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 07.09.2011-ci il tarixdə anadan olmuş X3, 10.12.2012-ci il tarixdə anadan olmuş X2 və 17.06.2015-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı xeyrinə Cavabdeh hər ay hər uşağa görə tutulan 100 manat alimentin miqdarı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən artırılaraq hər ay hər uşağa görə 120 manat cəmi 360 manat sabit pul məbləğində müəyyən edilməsi məqsədə müvafiq hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü və Dövlət rüsumu haqqında qanunun 8.1-ci maddəsinə əsasən Cavabdeh illik alimentin məcmusu ilə artırılan hissəyə nisbətdə dövlət rüsumu tutulmalıdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Göyçay Rayon Məhkəməsinin 2(046)-2586/2017 saylı 21.08.2017-ci il tarixli qətnaməsinə əsasən 07.09.2011-ci il tarixdə anadan olmuş X3, 10.12.2012-ci il tarixdə anadan olmuş X2 və 17.06.2015-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 100 manat cəmi 300 manat məbləğində tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 120 manat cəmi 360 manat sabit pul məbləğində müəyyən edilsin. Cavabdeh 07.09.2011-ci il tarixdə anadan olmuş X3, 10.12.2012-ci il tarixdə anadan olmuş X2 və 17.06.2015-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 120 manat cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilsin. Aliment qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən tutulsun. Cavabdeh 30 manat məbləğində rüsum alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar