Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1360/2023 14.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay 220 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə 04 noyabr 2013-cü il tarixdə el adətinə uyğun toy etməklə ailə qurmuşdur. Cavabdehlə qısa müddət ailəli olduqdan sonra ayrılmışdır. 19 sentyabr 2014-cü il tarixdə Yağmur adlı qızı doğulmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 mart 2015-ci il tarixli 2(002)-1259/2015 saylı qətnaməsinə əsasən cavabdehin qızının atası olması faktı müəyyən edilmişdir. Həmin qətnamə ilə cavabdehdən qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün 05 fevral 2015-ci il tarixdən başlayaraq hər ay 108 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Cavabdehin məhkəmə qətnaməsinə əsasən fasilələrlə ödədiyi 108 manat aliment qızının saxlanılması üçün kifayət etmir. Belə ki, uşaq böyüdükcə onun maddi ehtiyacları daha da artır və ödənilən aliment məbləği uşağın maddi tələbatını təmin etmək üçün çətinliklər yaradır. O,yalnız öz qazancı hesabına uşağın maddi ehtiyaclarını təmin edə bilmir. Bu səbəbdən də onun maddi vəziyyəti pisləşmişdir. Cavabdeh yalnız təyin edilmiş alimenti ödəməklə kifayətlənir, heç vaxt uşağının yaşayış şəraiti ilə maraqlanmır. Cavabdeh ixtisasca mühəndisdir və ona məlum olmayan şirkətdə işləyir. Əldə etdiyi məlumata görə cavabdeh yaxşı qazanc əldə edir. Mübahisənin həlli üçün mediatora müraciət etsə də cavabdeh mediasiya sessiyasına gəlmədiyi üçün prosesi davam etdirə bilməmişdir. Bu səbəbdən də eyni tələblə məhkəməyə müraciət etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, İddiaçı alimentin artırılması iddiasını qəbul etmir. O, uşağın saxlanması üçün hər ay cəmi 150 manat aliment ödəyə bilər. Çünki o, başqa qadınla ailəlidir və həmin nikahdan iki azyaşlı övladı vardır. Onların da tələbatı onun üzərindədir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdeh taksi fəaliyyəti ilə məşğul olaraq qazanc əldə edir,bundan başqa atasının təsərrüfatı var,oradan da gəlir əldə edir.İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı etiraf etmədi,izahat verərək bildirdi ki,ikinci dəfə ailə qurmuş və həmin nikahdan iki azyaşlı uşağı vardır. Müəyyən olunmuş alimentin miqdarının 150 manat məbləğində müəyyən edilməsinə etiraz etmir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(002)-1259/2015 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, İddiaçı 19 sentyabr 2014-cü ildə doğulmuş cinsi qadın olan uşağın atasının Cavabdeh olması faktının müəyyən edilməsi, 9 sentyabr 2014-cü ildə doğulmuş cinsi qadın olan uşağın adına yeni doğum haqqında şəhadətnamənin verilməsi, yeni verilmiş doğum haqqında şəhadətnamədə uşağın soyadı Qocayeva, adı Yağmur, ata adı Ramin, doğum tarixi 19 sentyabr 2014-cü il, doğulduğu yer Ağdaş rayonu, ata qrafasında atasının adı Cavabdeh, ana qrafasında anasının adı İddiaçı kimi qeyd edilməsi, cavabdeh Cavabdeh 05 fevral 2015-ci il tarixdən başlayaraq, 19 sentyabr 2014-cü il tarixdə doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 108 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə yaşadıqları dövrdə xx.xx.2014-cü il tarixdə X4 anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. AZEMİS məhkəmə elektron informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh X2 ilə nikahdadır. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki,Cavabdeh X5 ilə xx.xx.2017-ci il təvəllüdlü Ağasəlim Qocazadə və xx.xx.2019-cu il təvəllüdlü Raul Qocazadə adlı uşaqları vardır. AZEMİS məhkəmə elektron informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də iş icraçısı işləməklə 700 manat əmək haqqı alır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərlən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndinə görə uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır(«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq,qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2023-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 220 manat məbləğində müəyyən edilməsini İddiaçı maddi vəziyyətində dəyişikliyin olmasına səbəb olması kimi qiymətləndirib, hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(002)-1259/2015 qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalıdır.Bununla yanaşı məhkəmə onu da nəzərə alır,Cavabdeh X5 ilə olan ər-arvad münasibətlərindən iki azyaşlı uşağının olması onun da maddi vəziyyətində dəyişikliyin olmasına səbəb olmuşdur.Ona görə də məhkəmə belə bir nəticəyə gəlir ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, qətnamənin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanmalı, bununla da iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, aliment tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib Cavabdeh dövlət nəfinə alınmalıdır Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(002)-1259/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2014-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 170 sabit pul məbləğində aliment alınaraq iddiaçı X3 verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cavabdeh 40 manat 40 qəpik məbləğində dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilsın. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-1360/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1360/2023
14.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver