Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1362/2023 24.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu 2000 manat məbləğində zərərin və məhkəmə xərcləri üçün ödədiyi 40 manat dövlət rüsumunun, ümumilikdə isə 2040 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə Göyçay rayonu Hacalıkənd kəndi ərazisində yerləşən örüş sahəsində ona məxsus bir baş inəyi yaba ilə vuraraq xəsarət yetirmiş, xəsarət nəticəsində tibbi yardımın göstərilməsi mümkün olmadığından iri buynuzlu heyvan ölmüş, nəticədə ona 2000 manat dəyərində maddi ziyan dəymişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinib, ona vurulmuş ziyanın bir misli məbləğində, yəni 2000 (iki min) manat məbləğində inzibati cərimə təyin edilmişdir. Cavabdeh Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından şikayət vermişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 3(046)-802/2022 nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. O, dəfələrlə cavabdehlə danışıqlar apararaq ona dəymiş 2000 manat ziyanın ödənilməsini tələb etsə də, cavabdeh ona dəymiş ziyanın ödəməyəcini bildirmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, o, İddiaçı məxsus bir baş iribuynuzlu heyvanı yaba ilə vurmamışdır. Onun barəsində Göyçay rayon Polis Şöbəsində araşdırılma aparılmış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinib, ona vurulmuş ziyanın bir misli məbləğində, yəni 2000 (iki min) manat məbləğində inzibati cərimə təyin edilmişdir. O, həmin qərardan şikayət versə də, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə şikayət təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 3(046)-802/2022 nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı əsassız olaraq ona qarşı iddia qaldırmışdır. İddiaçı bir baş iribuynuzlu heyvanı qəssaba satmışdır. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İş üzrə tərəflərin izahatını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinib ona vurulmuş ziyanın bir misli məbləğində, yəni 2000 (iki min) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilmişdir. İşə əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 3(046)-802/2022 nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin,habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə qeyd edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə Göyçay rayonu Hacalıkənd kəndi ərazisində yerləşən örüş sahəsində iddiaçı X1 məxsus bir baş inəyi yaba ilə vuraraq xəsarət yetirməsi və iri buynuzlu heyvan ölməsi nəticəsində iddiaçıya 2000 manat dəyərində maddi ziyan dəyməsi qanuni qüvvədə olan Göyçay Rayon Məhkəməsinin 3(046)-802/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qərarı ilə mülki hüquq pozuntusu (delikt) törətməsi təsdiq olunduğundan, mülki hüquq pozuntusu nəticəsində iddiaçı X1 vurulmuş maddi zərər Cavabdeh tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 2000 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı X1 verilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 40 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı X1 verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2000 manat məbləğində pul alınaraq iddiaçı X1 verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 40 manat məbləğində pul alınaraq iddiaçı X1 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-1362/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1362/2023
24.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver