Məhkəmə qərarları › İş №2(046)-1369/2021

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1369/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1369/2021 19.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşa qızının katibliyi, "xxxx" ASC-nin nümayəndəsi X1 iştiraki ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Göyçay şəhərində 19.10.2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1337.19 AZN məbləğində kredit borcu, 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqı tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 ərizə təqdim edərək mülki işin baxılmamış saxlanmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışında iştirak etməmiş, işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki iş iddiaçının nümayəndəsinin ərizəsinə əsasən baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar