Məhkəmə qərarları › İş №2(046)-1372/2021

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1372/2021

04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1372/2021 04.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu, X1, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 1200 manat əsas borc, 576 manat faiz borcu, 2520 manat dəbbə borcu olmaqla, cəmi 4296 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə ərizə geri qaytarılmalıdır. İddiaçı MMC iddia ərizəsinə kredit vermək səlahiyyətinin olmasına dair müvafiq lisenziyanı və İddiaçı MMC-nin dövlət qeydiyyatına alındığına dair reyestrdən çıxarışın, eləcə də MMC-nin nizamnaməsinin təsdiq edilmiş surətini, kassa məxaric orderini əlavə etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı MMC iddia ərizəsində Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.5-ci maddəsinə əsasən iddia ərizəsinə ərizəyə əlavə edilən sənədlərin siyahısı. Azərbaycan Respublikası MPM-nin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətlərini iddia ərizəsinə əlavə etməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü və 152ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : İddiaçı MMC-nın Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı MMC-yə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar