Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-138/2022 14.04.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, ziyan tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 973.81 manat dəymiş ziyanın və 30 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, 14 avqust 2019-cu il tarixdə İsmayıllı rayonu Qalınçaq kəndinin ərazisində Cavabdeh tərəfindən ** AC *** dövlət nömrə nişanlı Kamaz markalı betonqarışdıran yük maşını ilə İddiaçı ismayıllı Telekommunikasiya Qovşağına məxsus 80 metr TPP 30x2 və TPP 20x2 kabelləri zədələnmiş, 1 ədəd dirək qırılmış, 2 ədəd dirək əyilmiş, bir neçə abunəçi xətti yararsız vəziyyətə düşmüşdür. Baş vermiş hadisə ilə bağlı İsmayıllı TKQ-nin və Qalınçaq kənd İnzibati Ərazi Dairəsinin əməkdaşlarının iştirakı ilə akt tərtib edilmiş və hazırlanmış smetaya əsasən dəymiş zərərin məbləği 973,81 manat müəyyən olunmuşdur. Borcun ödənilməsinə dair cavabdehə dəfələrlə yazılı və şifahi şəkildə xəbərdarlıq edilməsinə baxmayaraq, ödəniş həyata keçirilməmişdir. Bu səbəbdən də, mübahisənin məhkəmə qaydasında həll edilməsinə zərurət yaranmışdır. Buna görə də tələbinin təmin edilməsin xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, 14 avqust 2019-cu il tarixdə İsmayıllı rayonu, Qalınçaq kəndinin ərazisində idarə etdiyi ** AC *** dövlət nömrə nişanlı Hovo markalı betonqarışdıran yük maşını ilə hərəkətdə olarkən İddiaçı MMC-yə məxsus kabelləri zədələmişdir. Baş vermiş hadisəyə səbəb isə həmin kabellərin normadan daha aşağı olmasıdır. Əlavə olaraq bildirir ki, idarə etdiyi yükmaşının hündürlüyü 3.9 metrdir.Buna görə də hesab edir ki, hadisə onun təqsiri üzündən baş verməmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə təqdim edilmiş rabitə xətt və avadanlıqlarına zərər vurulması barədə 16.08.2019-cu il tarixli aktdan görünür ki, 14.08.2019-cu il tarixdə tarixdə İsmayıllı rayonu, Qalınçaq kəndinin ərazisində Cavabdeh ** AC *** dövlət nömrə nişanlı Hovo markalı betonqarışdıran avtomobili səhlənkarlıqla idarə etdiyindən İddiaçı MMC X2 məxsus 80 metr TPP 30x2 və TPP 20x2 kabelləri zədələnmiş, 1 ədəd dirək qırılmış, 2 ədəd dirək əyilmişdir. (Akt ilə Cavabdeh tanış olmuş və imzalamışdır). Məhkəmə təqdim edilmiş İsmayıllı rayonu Qalınçaq kəndində hava rabitə kabellərinin bərpası üçün tərtib edilmiş təqribi smetadan görünür ki, İsmayıllı rayonu Qalınçaq kəndi ərazisində FO-20 kabelinin bərpası üçün təqribi smetadan görünür ki, 80 metr TPP 30x2 və TPP 20x2 kabellərin və 1 ədəd dirəyin bərpası üçün cəmi 973.81 manat tələb olunur. Məhkəməyə təqdim edilmiş AB 471 137 nömrəli Azərbaycan Respublikası Nəqliyyat X1 surətindən görünür ki, **-AC-*** dövlət nömrə nişanlı Hovo ZZ5257GJBN3841 markalı betonqarışdıran nəqliyyat vasitəsi ATF MMC-nin qanuni sahibliyindədir. Məhkəməyə təqdim edilmiş Hovo ZZ5257GJBN3841 markalı betonqarışdıran nəqliyyat vasitəsinin texniki göstəricilərindən görünür ki, ovo ZZ5257GJBN3841 markalı betonqarışdıran nəqliyyat vasitəsinin hündürlüyü 3.9 metrdir. Məhkəməyə təqdim edilmiş “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.12.2005-ci il tarixli 227 saylı Qərarının Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydalarına rabitə xəttlərinin digər yeraltı, yerüstü, sualtı və hava qurğularından minimal məsafəsi barədə edilmiş əlavələr cədvəlinin 2-ci sırasında göstərilmişdir ki, avtomobil və dəmir yollarında üfüqi istiqamət üzrə yolun torpaq hissəsindən 5 metr aralıda yerləşdirilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh ehtiyatsızlıqında İddiaçı MMC X2 məxsus FO-20 markalı rabitə kabeli FO-20 kabeli sıradan çıxmışdır. Hazırda İddiaçı MMC Cavabdeh həmin kabelin təmiri üçün 973.81 manat tələb edir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, Cavabdeh 14 avqust 2019-cu il tarixdə İsmayıllı rayon Qalınçaq kəndinin ərazisində idarə etdiyi ** AC *** dövlət nömrə nişanlı Hovo markalı betonqarışdıran yük maşını ilə hərəkətdə olarkən İddiaçı MMC-yə məxsus kabelləri təqsirli hərəkətləri nəticəsində zədələmişdir. Ona görə ki, İddiaçı MMC-yə məxsus kabel xəttləri yoldan 5 metr aralıda və hündürlükdə olmalıdır. Cavabdeh idarə etdiyi avtomobilin hündürlüyü isə 3.9 metr olmuşdur. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Cavabdeh 973.81 manat ziyanın tutulmasına əsas verə bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 30 manat məbləğində pul iddiaçıya aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın əvəzi kimi 973.81 manat pulun ödənilməsi tələbinə dair iddası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın əvəzi kimi 973.81 manat pulun ödənilməsi tələbinə dair iddası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-138/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-138/2022
14.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver