Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1394/2021 14.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızını katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, inventarlaşdırma işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayonunun İ Ərəbcəbirli kəndində yerləşən torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsi üçün zəruri olan inventarlaşdırma işlərinin aparılmasına cavabdeh X5 tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə məhkəmədə iddiaçı qismində izahat vermiş İddiaçı iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, atası X6 01 iyun 1985-ci il tarixdə, anası X3 23 fevral 1992ci il tarixdə vəfat etmişlər. Mərhum valideynlərinin vəfatından sonra Göyçay rayonunun İ Ərəbcəbirli kəndində yerləşən fərdi yaşayış evinin 2 otağında basıcı Şüküfə, 2 otağında isə qardaşı Namiq Tarverdiyev və ailəsi yaşamışdır. X14 23 oktyabr 2021-ci il tarixdə vəfat etmiş və yaşadıqları kənddə dəfn olunmuşdur. Mərhum qardaşı Namiq Tarverdiyevin arvadı olan cavabdehlə aralarında torpaq sahəsindən istifadəyə dair mübahisələr var və mübahisənin həlli üçün mülkiyyət hüququmu qeydə aldırmaq qərarına gəlmiş, bu məqsədlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etdim. Lakin cavabdeh X5 onun və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin əməkdaşının miras evin özünün istifadə etdiyi hissəsinə girməyimizə mane olduğundan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin əməkdaşı inventarlaşdırma işlərini apara bilməmiş və bu səbəbdən də evə mülkiyyət hüququmun qeydiyyata alınması mümkün olmamışdır. Bununla da onun vərəsə kimi hüququları pozulmuşdur. Buna görə də tələbinin təmin edilməsin xahiş edir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, uşaqları ilə birlikdə iddiaçının yaşadığı Göyçay rayonu 1-ci Ərəbcəbirıli kəndində yaşayır, iddiaçının yaşadığı evdə ölçü işləri aparılarkən DƏDRX-nın əməkdaşlarına manəçilik törtəmişdir. Hesab edir ki, iddiaçı bu yolla onu yaşadığı evdən çıxaracaqdır. Buna görə də iddianın rədd edilməsin xahiş etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan aşağıdakılara görə təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Ölüm haqqında çıxarışlardan görünür ki, X6 01 iyun 1985ci il tarixdə, anası X3 23 fevral 1992-ci il tarixdə vəfat etmişlər. Məhkəməyə təqdim edilmiş Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət X25 tərəfindən verilmiş 08.05.2021-ci il tarixli 316 nömrəli arxiv arayışdan görünür ki, X4 vəfat etdiyi, 1992-ci ilədək, Göyçau rayonu 1-ci Ərəbcəbirli kəndində pasport qeydiyyatında olmuş və yaşamışdır. X4 vəfat etdiyi tarixədək onunla birdə yaşamış adları göstərilən varisləri vardır: əri - X6 1985-ci il tarixdə vətat etmişdir, oğlu - X9 2002-ci il tarixdə vəfat etmişdir, oğlu - X10, oğlu - X7 2004-cü il tarixdə vəfat etmişdir, qızı - İddiaçı, oğlu - X12, oğlu - X13 və qızı – qızı X11. Məhkəməyə təqdim edilmiş Doğum Haqqında arayışdan görünür ki, X17 30.04.1956ci il tarixdə anadan olmuş, atası X18 anası X8r. Məhkəməyə təqdim edilmiş ƏMDK-nın yanında DƏDRX-nın 16 saylı Ərazi idarəsi tərəfindən İddiaçı ünvanlanmış 04.06.2021 il tarixli məktubdan görünür ki, Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnuzun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli ərizənizə Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsində baxılmışdır. Ərizənibn icrası ilə bağlı Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman əmlak üzərində mübahisə olduğu aşkar edilmişdir. Bu səbəbdən Göyçay rayonu, 1ci Ərəbcəbirli, kəndində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnuzun dövlət reyestrində qeydiyyata alınması mümkin olmamışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən fərdi yaşayış evi mərhum X1 miras qalmışdır. İddiaçı mərhum X2 qanun üzrə vərəsələridir. İddiaçı, mərhum X1 miras qalmış əmlaka qanun üzrə vərəsəlik şəhadətnamə almaq üçün əmlakı mərhum atasının mülkiyyət hüququnu qeydə aldırmaq istəmiş, DƏDRX 16 saylı Ucar ərazi idarəsinə müraciət etmiş, lakin cavabdeh DƏDRX 16 saylı Ucar ərazi idarəsinin əməkdaşlarına mane olduğuna görə inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Məhkəmə hesab edir ki, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən fərdi yaşayış evinə üzərində mülkiyyət hüququ Avropa Konvensiyasının müddəaları baxımından gözlənilən hüquq olduğundan həmin ev mərhum X2 adına dövlət qeydiyyatına alınmasa da belə, həmin fərdi yaşayış evinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında iddiaçının gözlənilən mülkiyyəti hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək bə onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Sadalananlara əsasən məhkəmə hesab edir ki, ayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən yerləşən miras əmlaka, torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsi üçün zəruri inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan manelərin aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 10 manatı cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən yerləşən miras əmlaka, torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsi üçün zəruri inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan manelərin aradan qaldırılması barədə tələbi təmin edilsin. Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən fərdi yaşayış evinin sənədləşdirilməsi üçün ƏMDK-nın yanında DƏDRX-nın 16 saylı Ərazi idarəsinin mütəxəssisləri tərəfindən ölçü və digər işlərin aparılmasına maneə törədilməsi Cavabdeh qadağan edilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1394/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1394/2021
14.10.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver