Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-14/2021 23.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakı ilə, kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində 23 iyun 2021ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 026R********** saylı kredit razılaşması üzrə 1925.13 manat əsas, 440.84 manat faiz və 192.51 manat cərimə olmaqla cəmi 2558.48 manat, 026R********** saylı kredit razılaşması üzrə 445.45 ABŞ dolları əsas, 109.65 ABŞ dolları faiz və 44.54 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 599.64 ABŞ dolları kredit borcunun və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh2 həmin məhkəmə əmrindən etiraz vermiş, məhkəmənin qərardadına əsasən məhkəmə əmri ləğv edilmiş, mülki iş iddia icraatına keçmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, 03.11.2015-ci il tarixdə Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış kredit xətti müqaviləsinə əsasən, Cavabdeh1 60 ay müddətinə 20.000 ABŞ dolları kredit xətti açılmışdır. 03.11.2015-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 026R********** saylı kredit razılaşması əsasında Cavabdeh1 12 ay müddətinə, aylıq 1.75 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2500 manat məbləğində kredit verilmişdir. 03.11.2015-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 026R********** saylı kredit müqaviləsi əsasında Cavabdeh1 12 ay müddətinə, aylıq 1.75 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 500 ABŞ dolları məbləğində kredit verilmişdir. Öhdəliyin icrasını təmin etmək məqsədi ilə bankla 03.11.2015-ci il tarixdə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən borclunun hesablamalara görə iddiaçıya 026R********** saylı kredit razılaşması üzrə cəmi 2558.48 manat borc, 026R********** saylı kredit razılaşması üzrə cəmi 599.64 ABŞ dolları borcu qalmışdır. Cavabdehlərə dəfələrlə bildirişlə müraciət olunmasına baxmayaraq, kreditin və faizlərin ödənilməsi üçün tədbir görməmişlər, kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişlər. Göstərilənlərlə əlaqədar iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçı ilə kredit müqaviləsi bağlayaraq kredit götürmüşdür. Maddi imkanı olmadığından banka qalan borcunu ödəyə bilməmişdir. Banka olan borcunu hissə-hissə ödəyəcəkdir. Tələbin cərimə hissəsini əsassız hesab edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsini və cavabdehi dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 03.11.2015-ci il tarixli kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 60 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 03.11.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 03.11.2015-ci il tarixli kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında aylıq 1.75 faiz olmaqla 12 ay müddətinə 2500 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 03.11.2015-ci il tarixli kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında aylıq 1.75 faiz olmaqla 12 ay müddətinə 500 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmışdır. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, cavabdeh İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 03.11.2015-ci il tarixli kredit xətti müqaviləsinin və 03.11.2015-ci il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 bankla zaminlik müqaviləsi bağlamışdır. Cavabdeh2 Cavabdeh1 20.000 ABŞ dolları məbləğində kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasına zamin durmuşdur. Cavabdeh2 kredit razılaşmaları üzrə 500 ABŞ dolları və 2500 manat kredit verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı "İddiaçı" QSC-nin cavabdehdən kredit razılaşması üzrə 44.54 ABŞ dolları, digər kredit razılaşması üzrə 192.51 manat cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun kredit razılaşması üzrə 4.54 ABŞ dolları, digər kredit razılaşması üzrə 2.5 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 20 manat dövlət rüsumu, ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.Dövlət rüsumunun kəsiri olan 10 manat cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 oğlundan və Cavabdeh2 026R********** saylı kredit razılaşması üzrə 445.45 ABŞ dolları əsas kredit borcu, 109.65 ABŞ dolları faiz borcu, 4.54 ABŞ dolları cərimə borcu olmaqla cəmi 559.64 dolları kredit borcu, 026R********** saylı kredit razılaşması üzrə 1925.13 manat əsas kredit borcu, 440.84 manat faiz borcu, 2.51 manat cərimə borcu olmaqla cəmi 2368.48 manat kredit borcu, ödənilmiş 20 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 357 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 026R********** saylı kredit razılaşması üzrə 445.45 ABŞ dolları əsas kredit borcu, 109.65 ABŞ dolları faiz borcu, 4.54 ABŞ dolları cərimə borcu olmaqla cəmi 559.64 dolları kredit borcunun Azərbaycan manatı ilə məzənnəsi, 026R********** saylı kredit razılaşması üzrə 1925.13 manat əsas kredit borcu, 440.84 manat faiz borcu, 2.51 manat cərimə borcu olmaqla cəmi 2368.48 manat kredit borcu və 20 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə verilsin. Cavabdeh1 10 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-14/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-14/2021
23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver