Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-14/2024 22.02.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi ilə, iddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: BOKT "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 554.43 manat əsas kredit borcunun və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən iddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə icraat Cavabdeh1 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Cavabdeh1 məhkəməyə müraciət edilənədək vəfat etməsi ilə əlaqədar Cavabdeh1 qarşı qaldırılan hissədə xitam verilmişdir. İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı BOKT "xxxx" MMC tələbi belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə VijnFondAzərKredit BOKT MMC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 25 faiz olmaqla 36 ay müddətinə 2255 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh3 və Cavabdeh2 ilə VijnFondAzərKredit BOKT MMC arasında xx.xx.2015-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 qızı kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Cavabdeh1 banka cəmi 554.43 manat kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 20 manat dövlət rüsumu ödəmişdir. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlərə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında illik 25 faiz olmaqla 36 ay müddətinə 2255 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 və Cavabdeh2 ilə "xxxx" BOKT MMC arasında zaminlik müqavilələri bağlanmış, Cavabdeh3 və Cavabdeh2 kredit alan Cavabdeh1 borc məbləğinə görə "xxxx" BOKT MMC qarşısında öhdəlik götürmüşdür. Təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh1 ilə "xxxx" BOKT MMC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 25 faiz olmaqla 36 ay müddətinə 2255 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh3 və Cavabdeh2 ilə "xxxx" BOKT MMC arasında xx.xx.2015-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 bank qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün iddiaçı BOKT "xxxx" MMC-nin ona və Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbi ilə xx.xx.2020-ci il tarixdə Göyçay rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh1 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə icraat Cavabdeh1 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Məhkəmə tərəfindən notariat ofisinə sorğu verilmiş, Göyçay rayon Notariat kontorundan daxil olmuş xx.xx.2024-cü il tarixli məktubla müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş Cavabdeh1 adına Göyçay rayon Notariat ofisi tərəfindən vərəsəlik işi açılmamışdır. Buna görə də Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Cavabdeh1 məhkəməyə müraciət edilənədək vəfat etməsi ilə əlaqədar olaraq ona qarşı qaldırılan hissədə xitam verilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh3 və Cavabdeh2 ilə "xxxx" BOKT MMC arasında bağlanmış zaminlik müqaviləsi xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş, iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə yəni bir ildən artıq müddət keçdikdən sonra müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qanunun mənasından görünür ki, Cavabdeh3 və Cavabdeh2 ilə "xxxx" BOKT MMC arasında bağlanmış zaminlik müqaviləsinin icraatına xitam verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı "xxxx" BOKT MMC ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə xitam verildiyindən iddia tələbi X1 qarşı qaldırılan hissədə təmin edilə bilməz. İddiaçı ərizə ilə məhkəməyə müraciət etdiyi zaman 20 məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı 554.43 manat kredit borcunun və 20 manat məbləğində dövlət rüsumunun tutulmasına dair iddiası rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı 554.43 manat kredit borcunun və 20 manat məbləğində dövlət rüsumunun tutulmasına dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-14/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-14/2024
22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver