Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-140/2021 26.01.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi və Cavabdeh1 iştirakı ilə, iddiaçı BOKT «xxxx» MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: BOKT «xxxx» MMC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3686.71 ABŞ dolları əsas kredit borcu, 309.07 ABŞ dolları faiz borcu və 368.67 ABŞ dolları cərimə borcu olmaqla cəmi 4364.48 ABŞ dolları kredit borcu və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı BOKT «xxxx» MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı BOKT «xxxx» MMC-nin iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək tələbi belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə “xxxx” BOKT MMC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 12 faiz olmaqla 18 ay müddətinə 3870 manat kredit verilmişdir. Cavabdeh1 verilmiş kreditin təminatı kimi Cavabdeh2 və Cavabdeh3 ilə “xxxx” BOKT MMC ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Hüquqların və tələblərin güzəşti haqqında xx.xx.2019-cu il tarixli bildirişə əsasən Cavabdeh1 ilə “xxxx” BOKT MMC arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun tələb hüququ BOKT «xxxx» MMC-yə güzəşt edilmişdir. Cavabdeh1 xx.xx.2020ci il tarixli arayışa əsasən banka ümumilikdə 4364.45 manat kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsində kredit borcunun valyutası “manat” olduğu halda texniki səhv üzündən “ABŞ dolları” qeyd edilmişdir. Buna görə də məhkəmədən göstərilənləri nəzərə alınmasını, eləcə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 iddia tələbini qismən qəbul etdiyi barədə ərizə təqdim edərək göstərmişdir ki, “xxxx” BOKT MMC ilə aralarında xx.xx.2017-ci il tarixdə ona illik 12 faiz olmaqla 18 ay müddətinə 3870 manat kredit verilməsi barədə kredit müqaviləsi bağlanmışdır. Maddi imkanı olmadığından bank qarşısında götürdüyü öhdəliyi tam icra edə bilməmişdir. Kənd təsərrüfatı ilə məşğul olur. Banka olan borcunu hissə-hissə, yəni ayda 100 manat məbləğində ödəniş edərək ödəyəcəkdir. Eləcə də kredit borcunun zaminlərdən tutulmamasını məhkəmədən xahiş etmişdir. İddiaçının ondan tələb etdiyi cərimə borcunu əsassız hesab edir. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi vasitəsilə məlumat verilmiş, lakin cavabdehlər məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdehin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, “xxxx” BOKT MMC ilə Cavabdeh1 arasında illik 12 faiz olmaqla 18 ay müddətinə 3870 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2017-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 ilə “xxxx” BOKT MMC arasında zaminlik müqavilələri bağlanmış, Cavabdeh2 və Cavabdeh3 kredit alan Cavabdeh1 borc məbləğinə görə “xxxx” BOKT MMC qarşısında öhdəlik götürmüşdür. Məhkəməyə təqdim edilmiş hüquqların və tələblərin güzəşti haqqında xx.xx.2019cu il tarixli bildirişdən görünür ki, Cavabdeh1 ilə “xxxx” BOKT MMC arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun tələb hüququ BOKT «xxxx» MMC-yə güzəşt edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 BOKT «xxxx» MMC-yə kreditin ödəmə müddətinin sonuna, yəni xx.xx.2018-ci il tarixə 3686.71 manat əsas kredit borcu, 309.07 manat faiz borcu və 368.67 manat cərimə borcu olmaqla cəmi 4364.45 manat banka olan kredit borcu təşkil edir. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh1 ilə “xxxx” BOKT MMC arasında xx.xx.2017-ci il tarixdə kredit müqaviləsi bağlanmış və Cavabdeh1 18 ay müddətinə illik 12 faiz olmaqla 3870 manat məbləğində kredit verilmişdir. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2017-ci il tarixdə Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmış və kredit alan Cavabdeh1 zamin durmuşlar. Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, öhdəliyin icrasından yayınmış, nəticədə Cavabdeh1 banka borcu yaranmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh3 ilə “xxxx” BOKT MMC arasında bağlanmış zaminlik müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş, iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə yəni bir il müddət keçdikdən sonra müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qanunun mənasından görünür ki, Cavabdeh3 ilə “xxxx” BOKT MMC arasında bağlanmış zaminlik müqaviləsinin icraatına xitam verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı “xxxx” BOKT MMC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış zaminlik müqavilələrinə xitam verildiyindən iddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı qaldırılan hissədə təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı BOKT «xxxx» MMC-nin Cavabdeh1 368.67 manat cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 8.67 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda 30 manat dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçı BOKT «xxxx» MMC-nin hesabına keçirilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, BOKT «xxxx» MMC-nin iddiası qismən təmin edilməli, Cavabdeh1 3686.71 manat əsas kredit borcu, 309.07 manat faiz borcu və 8.67 manat cərimə borcu olmaqla cəmi 4004.45 manat kredit borcu və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq BOKT «xxxx» MMC-nə qaytarılmalı, iddia cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı qaldırılan hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 3686.71 manat əsas kredit borcu, 309.07 manat faiz borcu və 8.67 manat cərimə borcu olmaqla cəmi 4004.45 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı BOKT «xxxx» MMC-nin hesabına keçirilsin. İddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı qaldırılan hissədə təmin edilməsin. Qətnamənin icrası Cavabdeh1 yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-140/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-140/2021
26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver