Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1430/2021 22.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, Cavabdeh qarşı pul tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 998 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək edərək göstərmişdir ki, Göyçay şəhər R.Rza küçəsində məişət texnikası və mobil telefonlarının satışını aparmaqla məşquldur. Cavabdeh 24 mart 2019-cu il tarixdə bir ədəd Samsunq markalı mobil telefonu 599 manata nisyə satmışdır. Aralarında olan razılığa əsasən cavabdeh 6 ay müddətinə həmin telefonun pulunu ödəyib qurtarmağı öhdəsinə götürmüşdür. Həmin mobil telefon üzrə 251 manatı ödədikdən sonra yenidən ondan 2019-cu ilin iyun ayında 109 dioqanal olan Samsunq markalı televizoru 850 manata nisyə olaraq cavabdehə satmışdım, televizorun 200 manatını ödəmişdir. Öhdəsinə götürdüyü müddətdə nisyə götürdüyü mobil telefon üzrə 348 manat, televizor üzrə 650 manat mənə borcu yaranmışdır. Lakin cavabdeh həmin borclu qaldığı puldan heç bir məbləğ ödəməmişdir. Bunda görə də Göyçay rayon polis şöbəsinə verdiyi şikayəti əsasında araşdırma aparıldıqda cavabdeh izahatında borcu etiraf edərək, hissə-hissə ödəyəcəyini öhdəsinə götürsə də heç bir nəticə olmamışdır. Dəfələrlə cavabdehdən borclu pulumu ödəməyimi tələb etsə də, pulu tam ödəyəcəyini yenidən öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh borclu qaldığı cəmi 998 manat pulu ödəməmişdir. Buna görə də cavabdehdən 998 manat borc pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş İddiaçı müraciəti əsasında toplanmış materiallardan görünür ki, Cavabdeh 27.05.2021-ci il tarixdə Göyçay rayon polis şöbəsində izahat verərək 24 mart 2019-cu il tarixdə İddiaçı bir ədəd Samsunq markalı mobil telefonu 599 manata nisyə almış, həmin puldan 251 manatı ödəmişdir. Bundan sonra 2019-cu ilin iyun ayında Samsunq markalı televizoru 850 manata nisyə olaraq iddiaçından almış, televizorun 200 manatını ödəmişdir.Hal-Hazırda iddiaçıya 998 manat borcu qalmışdır. Həmin borcu hissə-hissə ödəyəcəkdir. Təqdim edilmiş sübutlardan görünür ki, İddiaçı Cavabdeh 24 mart 2019-cu il tarixdə bir ədəd Samsunq markalı mobil telefonu 599 manata nisyə satmış, cavabdeh həmin puldan 251 manatı ödəmişdir. Bundan sonra 2019-cu ilin iyun ayında Samsunq markalı televizoru 850 manata nisyə olaraq iddiaçından almış, televizorun 200 manatını ödəmişdir. Hal-hazırda cavabdehin iddiaçıya 998 manat borcu qalmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus 998 manat məbləğində pul vəsaiti Cavabdeh qanunsuz sahibliyindədir. Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsindən əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərədə tutulan müddətdə, müqavilədə belə müddət nəzərədə tutulmadıqda isə bu məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyat keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçı məxsus 998 manat məbləğində pul vəsaiti Cavabdehun qanunsuz sahibliyindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 998 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat vəsait alınaraq İddiaçı verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 998 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1430/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1430/2021
22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver