Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1435/2024 19.08.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızı, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1123.87 manat əsas və 31.23 manat dövlət rüsumu olmaqla cəmi 1157.10 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 10:01-də “X1” ASC-nin mobil tətbiqi vasitəsi ilə ona məxsus **********532540 saylı hesabından onun tərəfindən səhvən 416973******6023 saylı Kapital Bank ASC-yə məxsus bank kartına 1123.87 manat məbləğində vəsait köçürülmüşdür. Bununla bağlı tərəfindən “X1” ASC-yə şifahi müraciət edilmiş və həmin müraciət əsasında sözügedən bankın əməkdaşları Kapital Bank ASC-yə şifahi formada sorğu verərək pul vəsaitinin geri qaytarılması üçün müştəri ilə danışmasını xahiş etmiş, lakin Kapital Bank ASC-nin şifahi cavabına əsasən müştəri pul vəsaitini qaytarmaqdan imtina etmişdir. Daha sonra qeyd edilən hallarla bağlı Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə müraciət edərək pulun geri qaytarılmasında mənə kömək göstərilməsini xahiş etmişdir. Suraxanı RPİ-nin 33-cü Polis Bölməsində başlanılmış ilkin araşdırma mərhələsində Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(010)-588/2023 saylı qərarına əsasən Kapital Bank ASC-nin 416973******6023 saylı bank kartının Göyçay rayonu Qarayazı kəndində yaşayan Cavabdeh məxsus olduğu müəyyən edilmiş və bank əməliyyat sistemində xx.xx.2023-cü il tarixində 10:01-də qeyd olunan pul vəsaitinin sonuncuya məxsus ******************** saylı hesaba köçürüldüyü öz əksini tapmışdır. Cavabdeh ilə mobil telefon vasitəsi ilə dəfələrlə pul vəsaitinin geri qaytarılması barədə danışıqlar aparılmasına baxmayaraq, həmin pul vəsaitinin geri qaytarılmasından imtina etmişdir. Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur. Yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki İddiaçı xx.xx.2023-cü il tarixdə saat 10:01-də “X1” ASC-nin mobil tətbiqi vasitəsi ilə özünə məxsus **********532540 saylı hesabından səhvən Cavabdeh məxsus 416973******6023 saylı Kapital Bank ASC-yə aid bank kartına 1123.87 manat məbləğində vəsait köçürülmüşdür. ********** saylı mədaxil qəbzinə əsasən iddia ərizəsinin verilməsi üçün 31.24 manat dövlət rüsumu ödənilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsimin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinin tələbinə görə isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı xx.xx.2023-cü il tarixdə saat 10:01-də “X1” ASC-nin mobil tətbiqi vasitəsi ilə özünə məxsus **********532540 saylı hesabından səhvən Cavabdeh məxsus 416973******6023 saylı Kapital Bank ASC-nə aid bank kartına 1123.87 manat məbləğində vəsait köçürmüşdür. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişini almasına baxmayaraq ona qarşı irəli sürülmüş iddia tələbinə etiraz etməmiş, tələb edilən məbləği mübahisələndirməmişdir. Belə olan halda məhkəmə, pul məbləğinin karta səhvən köçürüldüynü işin mübahisələndirilməyən halı kimi qəbul etmişdir. Məhkəmə işin faktiki hallarını və iş üzrə tədqiq edilmiş sübutları nəzərə alıb, belə bir nəticəyə gəlir ki, Cavabdeh hüquqi əsas olmadan İddiaçı hesabına 1123 manat 87 qəpik məbləğində pul əldə etdiyindən əsassız varlanan şəxs sayılmalıdır. Ona görə də Cavabdeh əsassız varlanan şəxs qismində əldə etdiyi pulu İddiaçı qaytarmalı və iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddia tərəfindən ödənilmiş 31.23 (otuz bir manat iyirmi üç qəpik) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1123.87 (bir min bir yüz iyirmi üç manat səksən yeddi qəpik) manat pul vəsaiti və 31.23 (otuz bir manat iyirmi üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №2(046)-1435/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1435/2024
19.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver