Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1467/2022 24.11.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Göyçay rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 1.100 manat, Cavabdeh1 1.215 manat pulun və hər iki cavabdehdən müştərək qaydada ödənilmiş 43 manat 15 qəpik məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Göyçay rayonu Ərəbcəbirli Bələdiyyəsindən icarəyə götürdüyü 02 hektar torpaq sahəsində heyvandarlıqla məşğul olur. 07 sentyabr 2019-cu il tarixdə Cavabdeh1 Talib oğlu ilə birlikdə Ağdaş rayonu heyvan bazarına gedərək sonuncunun tanıdığı şəxslərdən 2.315 manat pul ödəməklə iki baş iribuynuzlu mal, yəni inək almışdır. Bir gün sonra həmin inəklərin xəstə olduğunu aşkar edərək Cavabdeh1 mobil nömrəsinə zəng vurub narazılığını bildirmişdir. Cavabdeh1 «əvvəlcədən razılaşdığımız kimi xəstə və problemli inəklər mənlikdi, 2 günə gəlib inəkləri götürəcəm» desə də, inəkləri aparmağa gəlməmiş və yalnız 19 sentyabr 2019-cu il tarixdə xəstə inəklərdən birini, bir neçə gün sonra isə ikinci xəstə inəyi aparmışdır. Cavabdeh1 inəkləri sahiblərinə qaytarıb pulunu geri verəcəyini desə də, bu vaxta kimi pulu geri qaytarmamışdır. Göyçay rayon Polis Şöbəsinə etdiyi şikayət araşdırılarkən xəstə inəyin birinin sahibinin digər Cavabdeh2 olduğu, Cavabdeh1 nəyə görə ona 1.100 manat ödəməsi, Qalibin inəyi ona qaytarması müəyyən olunsa da, mübahisə mülki xarakterli olduğu üçün ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdehlər bu vaxta kimi inəyi alarkən ödədiyi pulu ona qaytarmamışlar. Ona görə də, o, pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, İddiaçı heç bir mal satmamışdır. Ziyad mal alarkən o, iddiaçının yanında fəhlə kimi iştirak etmişdir. Ziyadın aldığı malları maşına mindirmişdir. Bunun qarşılığında Ziyad ona 50 manat pul vermişdir. Ziyad özü aldığı malların yiyələrinin adlarını, soyadlarını yazıb götürürdü. Malları alandan 1 ay 15 gün sonra ona malın ikisinin xəstə olduğunu demişdir. O, Ziyada bildirmişdir ki, məsələnin ona aidiyyəti yoxdur, malları sahiblərinə qaytarsın. İnəklər sahiblərinə qaytarılarkən orada iştirak etmişdir. Malın hər ikisi qızdırma xəstəliyi keçirmişdi, vəziyyətləri ağır idi. Mal sahibləri Ziyada bildirmişlər ki, onların malı ölsə heç bir ödəniş etməyəcəklər. Belə ki, iddiaçıya sağlam və kök mal satmışlar, bu vəziyyətdə yox. Ziyad mal sahiblərini tanımadığını deyir. Mal satanın biri X1r, onunla bir kənddə yaşayır. Digər şəxsi tanımır. Sonuncunun telefon nömrəsini və ünvanını Ziyad yazıb götürmüşdür. Bu işlə bağlı Ziyad polisə şikayət vermişdir. Polis araşdırmış, Ziyad özü günahkar çıxmışdır. Belə ki, sağlam aldığı malı pis vəziyyətə salmışdır. Mal satan, onunla bir kənddə yaşayan Elsəvər adlı şəxs Rusiyadadır. Digər şəxsi tanımır. Ziyad özü tanıyır. Həmin adamın Ziyadda ünvanı və telefon nömrəsi var idi, yazıb götürmüşdü. 2019-cu ildən 3 il ötüb. Ziyad nə üçün indi məhkəməyə iddia ərizəsi vermişdir, bunu da başa düşmür. Ziyad ona 50 manat çəkdiyi əziyyətə görə pul vermişdir. Ziyad ona qarşı deyil, malları aldığı şəxslərə qarşı iddia qaldırsın. Bu işin ona aidiyyatı yoxdur. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Həmin Konvensiyanın 13-cü maddəsində isə göstərilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Azərbaycan Respublikası MPM-in 4.1 və 4.2-ci maddəsində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. İş materiallarına əlavə olunmuş 22 oktyabr 2007-ci il tarixli torpaqların alğı-satqısına dair aktdan görünür ki, Göyçay rayonu Ərəbcəbirli bələdiyyəsi ilə İddiaçı arasında 2 hektar torpaq sahəsinin sonucuya satılmasına dair alğı-satqı müqaviləsi bağlanmışdır. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı qeyd olunan torpaq sahəsində heyvandarlıqla məşğul olur. İddiaçı cavabdehlərlə aralarında olan mübahisə ilə bağlı xx.xx.2020-ci il tarixdə Göyçay rayon Polis şöbəsinə ərizə vermişdir. Həmin ərizə əsasında Göyçay rayon Polis şöbəsində araşdırma aparılmış, iddiaçının və cavabdehlərin izahatları alınmış, məsələnin mülki xarakterli olduğu üçün iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdeh1 Göyçay rayon Polis şöbəsində verdiyi izahatda qeyd etmişdir ki, barəsində Göyçay şəhər sakini İddiaçı yazdığı ərizə ilə tanış olmuşdur. Ziyad ondan xahiş etmişdir ki, iri buynuzlu mal almaqda köməklik etsin. O da, Ziyada kömək etmişdir. İnəyin biri Ağdam mal bazarından 1.200 manata, digəri isə Göyçay rayonu Qarabağlar kənd sakini Elman adlı şəxsdən 1.100 manata alınmışdır. Həmin iribuynuzlu heyvanları Ziyadın fermasına aparmışlar. Təxminən iki ay yarımdan sonra İddiaçı bildirmişdir ki, heyvanların dişləri yoxdur, qoca və xəstədirlər. O, Ziyada demişdir ki, iki ay yarımdan sonra heyvan qaytarılmır. İddiaçı sonra onu malları qaytarmağa məcbur etmişdir. O, gəlib mala baxanda görmüşdür ki, hər iki inək qızdırmalıdır. Malları sahiblərinə qaytardıqdan sonra inəyin hər ikisi ölmüşdür. Heyvan yiyələri pulu qaytara bilməmişlər. Bu vaxta qədər də malların pulu verilməmişdir. Orucov X3 rayon Polis şöbəsində verdiyi izahatda qeyd etmişdir ki, Göyçay şəhər sakini İddiaçı müraciəti ilə tanış olmuşdur. 2019-cu ildə Göyçay rayonu Qarabağlar kəndində yaşayan Qalib Talıb oğlunun vasitəsi ilə 1 ədəd 1.100 manat dəyərində iribuynuzlu inəyini satmışdır. Həmin inəyin pulunu ona Qalib vermişdir. Ay yarımdan sonra inəyin qızdırması olmuş, o evdə olmayanda Qalib gətirib inəyi qapıya düşürüb getmişdir. Təxminən bir həftə sonra inək ölmüşdür. İmkanı olmadığına görə inəyin pulunu qaytara bilməmişdir. Məhkəməyə təqdim edilmiş CD-R-ə yazılmış telefon danışıqlarından görünür ki, Cavabdeh1 mahiyyət etibarı ilə iddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatları etiraf etmişdir. Belə ki, Cavabdeh1 telefon danışığında qeyd etmişdir ki, iddiaçı qaytarılan inəklərin pullarından narahat olmasın, inəklərin pullarının qaytarılmasına cavabdehdir. Cavabdeh1 ilə iddiaçının oğlu Seymur Soltanov arasında 4 dəfə telefon danışığı olmuşdur. Lakonikliyə riayət etməklə məhkəmə qeyd edir ki, birinci telefon danışığı zamanı Cavabdeh1 bildirir ki, mübahisəsi gedən pul vəsaitlərini alıb verəcək, pulun qaytarılması məsələsi onun öhdəsindədir (pulun qaytarılması məsələsi mənlikdir kimi ifadədən istifadə olunur) hər iki inəyin pulu ilə bağlı hər hansı problem yoxdur, Ağdaş rayonuna gedir, alıb pulu verəcək, iddiaçı narahat olmasın. İkinci telefon danışığı zamanı ya həftənin 4, ya 5-ci günü məsələnin həll olunacağını, hər gün borclu olan şəxsin qapısına getdiyini bildirir. Cavabdeh qeyd edir ki, özünün də bu məsələ ilə bağlı əsəbləri pozulub. İddiaçını anlayır, heç kim ay yarım pulu gözləməz. Üçüncü danışıq zamanı da, cavabdeh bildirir ki, narahat olmasın, pulu alıb verəcək. Veriləcək pulun məbləğləri də iddia ərizəsində qeyd edilən məbləğlərlə eynilik təşkil edir. Etiraf edir ki, pulları alıb verəcək. Mal-qara ilə, xəstəliklərlə bağlı ümumi söhbət olunur. İddiaçının oğlunun pulu düzüb-qoşub qaytarmaq xahişinə cavabdeh yenə də bildirir ki, narahat olmasın, alıb qaytaracaq. Dördüncü telefon danışığı qısa müddət davam edir, iddiaçının oğlu atasının fermada, özünün şəhərdə olduğunu bildirir, cavabdeh isə hazırda məşğul olduğunu, sonra zəng vuracağını deyərək telefon danışığını tamamlayır. 4 telefon danığınının ümumi məzmunundan göründüyü kimi, iddiaçının iddia tələbi əsaslıdır, cavabdeh tərəflər arasında olan pul məbləğləri ilə bağlı müfəssəl məlumat verərək, pul məbləğlərinin qaytarılmasına görə cavabdehlik daşıdığını bildirir, pulun qaytarılması üçün iri buynuzlu malları təhvil verdiyi şəxslərlə danışıqlar apardığını bildirir və pulu qaytaracağına iddiaçı tərəfi əmin etməyə, inandırmağa çalışır. Göründüyü kimi, cavabdehlər iddiaçı qarşısında hər biri özünə aid hissədə pul öhdəliyi daşıyırlar. Belə ki, Cavabdeh2 iddiaçı qarşısında 1.100 manat həddində, Cavabdeh1 1.215 manat həddində öhdəlik daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, cavabdehlər iddiaçıya birinin dəyəri 1.100, digərinin dəyəri 1.215 manat olan iki inək satmışlar. İddiaçı həmin inəklərin pulunu Cavabdeh1 ödəmişdir. Cavabdeh1 inəklərdən birinin pulunu – 1.100 manatı digər Cavabdeh2 ödəmişdir. Digər inəyin pulunu isə özünün bildirdiyinə görə digər mal sahibinə vermişdir. İnəklər sağlam və cavan olmadıqlarından, iddiaçı həmin inəkləri almaq istəmədiyindən Cavabdeh1 həmin inəkləri sahiblərinə qaytarmışdır. Lakin bu günədək inəklərin alınmasına iddiaçının ödədiyi pul vəsaitini qaytarılmamışdır. İddiaçı bununla bağlı öncə Göyçay rayon Polis Şöbəsinə şikayət ərizəsi, daha sonra isə məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 43,15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 1.215 manat pul vəsaiti Cavabdeh1, 1.100 manat pul vəsaiti Cavabdeh2 alınaraq İddiaçı ödənilməlidir. Ödənilmiş 43 manat 15 qəpik məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1.215 manat pul vəsaiti Cavabdeh1, 1.100 manat pul vəsaiti Cavabdeh2 alınaraq İddiaçı ödənilsin. Ödənilmiş 43 manat 15 qəpik məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1467/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1467/2022
24.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver