Məhkəmə qərarları › İş №2(046)-1476/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1476/2024

17.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1476/2024 17.12.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, Cavabdeh avtomobilə dəymiş 1805 manat maddi zərərin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh 06 iyun 2024-cü il tarixdə, idarə etdiyi “Toyota Prius” markalı ** XU *** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonu, Məhsəti küçəsi ilə hərəkətdə olan zaman yolayrıcını keçmə qaydalarının pozulması nəticəsində onun idarə etdiyi «KİA Optima» markalı ** MK *** dövlət qeydiyyat nişanlı avtomaşının arxa hissəsini vurmuşdur. Nəticədə avtomobilə 2930 manat ziyan vurmuşdur. Ziyanla bağlı sığorta şirkəti ona cəmi 1125 manat vermiş, lakin qalan zərəri ödəməmişdir. Cavabdeh da avtomobilə dəymiş ziyanın qalan hissəsini ödəməkdən boyun qaçırır. Yol nəqliyya hadisəsi nəticəsində Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Törədilmiş hadisə nəticəsində avtomobilə maddi ziyan dəymişdir. 06 iyun 2024-cü il tarixli yol qəza hadisəsi zamanı avtonəqliyyat vasitəsinə dəymiş ziyanı müəyyən etmək üçün "xxxx" tərəfindən avtomobilə baxış keçirilmiş və dəymiş ziyan 2930 manat həcmində müəyyən edilmişdir. Bakı şəhər Nizami DYPİ YNH əməkdaşının tərtib etdiyi inzibati protokoldan görünür ki, Cavabdeh tərəfindən törədilmiş inzibati xəta hadisəsi nəticəsində avtomobilinə maddi zərər yetirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, üzürlü səbəbədən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh oğlu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materialların əlavə edilmiş: AC 918054 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdən xx.xx.2028-ci il tarixədək B kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 29 mart 2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh «Toyota Prius (Hıbrıd)» minik markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün nəqliyyat vasitəsinin mülkiytçisi X3 tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2028-ci il tarixədək səlahiyyət verilmişdir. AC 737110 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, İddiaçı İyas oğluna xx.xx.2018-ci il tarixdən xx.xx.2025-ci il tarixədək B kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. AD 133220 saylı qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «KİA Optima» markalı ** MK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. Cavabdeh «Toyota Prius (Hıbrıd)» minik markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün nəqliyyat vasitəsinin mülkiytçisi X3 tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2028-ci il tarixədək səlahiyyət verilmişdir. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, «Toyota Prius (Hıbrıd)» minik markalı **-XU-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh İddiaçı maddi zərər yetirməsi təsdiq olunmuş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 14:15-də Məhsəti Gəncəvi küçəsi ilə Əzimzadə kəsişməsi ərazidə «Toyota Prius (Hıbrıd)» minik markalı **-XU-*** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin maddə ilə təqsirli bilinərək 80 manat cərimə edilmişdir. Cavabdeh Bakı şəhəri Nizami RPİ DYPŞ-nə verdiyi 11 iyun 2024-cü il tarixli izahatından görünür ki, Cavabdeh izahatında 06 iyun 2024-cü il tarixdə saat 14:15-də etibarnamə əsasında idarə etdiyi «Toyota Prius (Hıbrıd)» markalı ** XU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ə.Əzimzadə kəsişməsində BMW markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşduğunu, nəticədə həmin avtomobilin sağ tərəfdə park edilmiş “KİA Optima” markalı ** MK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəydiyini və hər üç avtomobilə ziyan dəydiyini izahatında göstərmişdir. “”Paşa Sığorta” ASC-nin xx.xx.2024-cü il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, «Toyota Prius (Hıbrıd)» markalı ** XU *** dövlət qeydiyyat nişanlı avtomobilə 2930 manat ziyan vurulmuşdur. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, 1125.62 manat İddiaçı hesabına ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 138571 saylı Tsek-də müayinə aktından çıxarışdan görünür ki, Əlləzov X2 AES-da qəza ilə bağlı əlildir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin,habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu,məhkəmə tərəfindən təsdiq edildikdə,məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: İşin faktiki halları ondan ibarətdir ki, cavabdeh X1 xx.xx.2024-cü il tarixdə saat 14:15-də Məhsəti Gəncəvi küçəsi ilə Əzimzadə kəsişməsi ərazidə «Toyota Prius (Hıbrıd)» minik markalı **-XU-*** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuş, nəticədə iddiaçıya 2930 manat dəyərində maddi ziyan vurmuş, 2930 manat ziyanın 1125 manatı sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmiş və qanuni qüvvədə olan xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə mülki hüquq pozuntusu (delikt) törətməsi təsdiq olunduğundan, mülki hüquq pozuntusu nəticəsində İddiaçı vurulmuş maddi zərər Cavabdeh tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyana görə 1805 manat tutularaq İddiaçı ödənilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib Cavabdeh dövlət nəfinə alınmalıdır. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 1805 (min səkkiz yüz beş) manat tutularaq İddiaçı ödənilsin. Cavabdeh 38.05 (otuz səkkiz manat beş qəpik) manat məbləğində dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilsın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar