Məhkəmə qərarları › İş №2(046)-1491/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1491/2021

14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1491/2021 14.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, UniBank KB ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində 14 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: UniBank KB ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 2047.60 manat əsas kredit borcu, 343.16 manat faiz borcu, 0.85 manat cərimə borcu olmaqla, cəmi 2391.61 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı UniBank KB ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə vasitəsi ilə müraciət edərək məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı UniBank KB ASC-nin iddia ərizəsində tələbi belə əsaslandırmışdır ki, Cavabdeh ilə UniBank KB ASC arasında 27.08.2020-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh illik 25 faiz olmaqla 36 ay müddətinə 2048 manat kredit verilmişdir.. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Cavabdeh banka 191.60 manat əsas, 6.46 manat faiz və 0.07 manat cərimə borcu olmaqla, cəmi 2391.61 manat kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək iddianı qismən qəbul etdiyini bildirmiş və məhkəmə baxışının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 10.08.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında illik 25 faiz olmaqla 36 ay müddətinə 2048 manat pul verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 05.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka cəmi 2391.61 manat kredit borcu vardır. Məhkəmə baxışı müəyyən olunur ki, Cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş, borclu olduğu pulu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehdən tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, UniBank KB ASC-nin iddiası təmin edilməli, Cavabdeh 343.16 manat faiz borcu, 0.85 manat cərimə borcu olmaqla, cəmi 2391.61 manat kredit borcu və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq UniBank KB ASC-nin hesabına ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 343.16 manat faiz borcu, 0.85 manat cərimə borcu olmaqla, cəmi 2391.61 manat məbləğində kredit borcu və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" KB ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar