Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-150/2021 20.05.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 05.03.2015-ci il tarixli kredit razılaşması və ona əlavə edilmiş sazişlər üzrə 845.48 ABŞ dolları əsas, 2296.26 ABŞ dolları faiz və 969.06 ABŞ dolları cərimə olmaqla cəmi 4110.80 ABŞ dolları kredit borcu və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 19.01.2011-ci il tarixli 26L000000311 saylı kredit xətti müqaviləsinə əsasən 60 (altmış) ay müddətinə 10000 (on min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında imzalanmış 04.03.2015-ci il tarixli 26L000000311S saylı sazişlər kredit xətti müqaviləsinə dəyişiklik edilmiş və kredit xətti 109 (yüz doqquz) ay müddətinə 10000 (on min) ABŞ Dolları məbləğində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 05.03.2015-ci il tarixli 026R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.4167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4500 (dörd min beş yüz) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 17.10.2017-ci il tarixli 026R150640971İSE saylı, 09.08.2018-ci il tarixli 026R150640971İSF saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 12.07.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 3654.52 ABŞ Dolları ödəmiş, onun 845.48 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3- cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 05.06.2020-ci il tarixə 451 gün üçün hesablanmış faiz borcu 2296.26 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 05.06.2020-ci il tarixə 451 gün üçün hesablanmış cərimə 969.06 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Buna görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə bu şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 19.01.2011-ci il tarixli kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 60 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 21.01.2011-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 04.03.2015-ci il tarixli sazişdən görünür ki, 19.01.2011ci il tarixli kredit xətti müqaviləsinin müddəti 109 ay müddətinə uzadılmışdır. Məhkəməyə təqdim edilmiş 05.03.2015-ci il tarixli kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında aylıq 2.4167 faiz olmaqla 24 ay müddətinə 4500 ABŞ dolları kredit verilməsi barədə razılaşma imzalanmışdır. Məhkəməyə təqdim edilmiş 17.10.2017-ci il tarixli və 09.08.2018-ci il tarixli sazişlərdən görünür ki, kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmiş, qeyd edilən dəyişiklərə dair zaminlərə eyni zamanda məlumat verilməmiş və onlar sazişləri imzalamamışlar. Məhkəmə-mühasibatlıq ekspertizasının 04.02.2021-ci il tarixli 9/5668 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 İddiaçı QSC-yə 05.03.2015-ci il tarixli kredit razılaşması üzrə 05.06.2020-ci il tarixə 1580.31 ABŞ dolları əsas borc və 2516.39 ABŞ dolları faiz borcu olmaqla cəmi 4096.70 ABŞ dolları təşkil edir. Ekspertiza xərci 150 manat təşkil edir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi ekspertiza rəyini mübahisələndirməmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilərkən kredit razılaşması və kredit müqaviləsi üzrə əsas və faiz borcu iddia ərizəsində qeyd edilmiş həddə təmin edilməlidir. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, cavabdeh İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 19.01.2011-ci il tarixli kredit xətti müqaviləsinin və təminatı kimi Cavabdeh2 və Cavabdeh3 bankla zaminlik müqaviləsi bağlamışdır. Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 10000 ABŞ dolları məbləğində kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasına zamin durmuşlar. Cavabdeh1 yuxarıda qeyd edilən müqavilənin ayrılmaz hissəsi olan 05.03.2015-ci il tarixli razılaşma üzrə 4500 ABŞ dolları kredit verilmişdir. İddiaçı QSC ilə Cavabdeh1 arasında 17.10.2017-ci il tarixdə və 09.08.2018-ci il tarixdə kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişlər bağlanmış, kredit xətti müqaviləsi üzrə kreditin faiz dərəcəsinə və ödəniş planına dəyişiklik edilmiş, hər iki saziş bağlanılarkən zaminlər Cavabdeh3 və Cavabdeh2 ayrı-ayrılıqda razılığı alınmamış və həmin sazişlər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən imzalanmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tələb etməkdə haqlı deyildir, onlara qarşı qaldırılan iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0-cı maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir. Həmin Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat dövlət rüsumu, ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 aid edilməli, ekspertiza xərci olan 150 manat Cavabdeh1 alınaraq ekspertiza mərkəzinə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı "İddiaçı" QSC-nin cavabdehdən kredit razılaşması üzrə 969.06 ABŞ dolları məbləğində cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun kredit razılaşması üzrə 30 ABŞ dolları məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 oğlundan kredit razılaşması üzrə 845.48 ABŞ dolları əsas kredit borcu, 2296.26 ABŞ dolları faiz borcu, 30 ABŞ dolları cərimə borcu olmaqla cəmi 3170.74 ABŞ dolları kredit borcu, ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilməlidir. İş üzrə ekspertiza xərci olan 150 manat məbləğində pul Cavabdeh1 alınaraq ekspertizası mərkəzinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 357 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 kredit razılaşması üzrə 845.48 ABŞ dolları əsas kredit borcu, 2296.26 ABŞ dolları faiz borcu, 30 ABŞ dolları cərimə borcu olmaqla cəmi 3170.74 ABŞ dolları kredit borcunun Azərbaycan manatı ilə məzənnəsi ilə və 30 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə verilsin. İddia cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı qaldırılan hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərci olan 150 manat məbləğində pul Cavabdeh1 alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-150/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-150/2021
20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver