Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1503/2021 18.11.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh 8498 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsində tələbi belə əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında 15.02.2019-cu il, 14.04.2019-cu il, 06.05.2019-cu il, 28.09.2019-cu il, 28.12.2019-cu il, 06.01.2020-ci il, 25.01.2020-ci il və 11.02.2020-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən cavabdehin 8498 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş, belə ki, 15.02.2019-cu il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 1279 manat (18 ay x 64 manat + 127 manat ilkin ödəniş) olan Xiaomi Mİ MİX 2S markalı mobil telefon üçün 192 manat əsas borc, 57 manat dəbbə pulu, 14.04.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1296 manat (18 ay x 72 manat + 0 manat ilkin ödəniş) Samsung Kondisioner üçün 432 manat əsas borc, 129 manat dəbbə pulu, 06.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1388 manat (18 ay x 66 manat + 200 manat ilkin ödəniş) olan Playstation-4 Sony üçün 330 manat əsas borc, 99 manat dəbbə pulu, 28.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1818 manat (18 ay x 101 manat + 0 manat ilkin ödəniş) olan X2 Atron, Seksiya Hoffmann, Kombi Stabilizator, Qaz requlyatoru ½ Eurogas üçün 1046 manat əsas borc, 303 manat dəbbə pulu, 28.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 324 manat (6 ay x 54 manat + 0 manat ilkin ödəniş) olan Tozsoran Philips üçün 154 manat əsas borc, 48 manat dəbbə pulu, 28.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 618 manat (12 ay x 51.5 manat + 0 manat ilkin ödəniş) olan X3 8 markalı mobil telefon, X4 Redmi aksesuar üçün 309 manat əsas borc, 91 manat dəbbə pulu, 06.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 528 manat (12 ay x 44 manat + 0 manat ilkin ödəniş) olan X1, 2 ədəd Yorğan Tekstil, 3 ədəd Yastık Tekstil üçün 263 manat əsas borc, 79 manat dəbbə pulu, 25.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3572.4 manat (12 ay x 297.7 manat + 0 manat ilkin ödəniş) olan İphone 11 Pro Max markalı mobil telefon üçün 3225 manat əsas borc, 980 manat dəbbə pulu, 11.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1195.8 manat (12 ay x 83.4 manat + 195 manat ilkin ödəniş) olan Paltaryuyan LG üçün 587 manat əsas borc, 174 manat dəbbə pulu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh qalan borcunu ödəməmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11.02.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh 12 ay müddətinə dəyəri 1195.8 manat olan Paltaryuyan LG satılmışdır. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 25.01.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh 12 ay müddətinə dəyəri 3572.4 manat olan İphone 11 Pro Max markalı telefon satılmışdır. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06.01.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh 12 ay müddətinə dəyəri 528 manat olan X1, 2 ədəd Yorğan Tekstil, 3 ədəd Yastık Tekstil satılmışdır. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 28.12.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh 12 ay müddətinə dəyəri 618 manat olan X3 8 markalı telefon satılmışdır. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 28.12.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh 6 ay müddətinə dəyəri 324 manat olan Philips Tozsoran satılmışdır. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 28.09.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh 18 ay müddətinə dəyəri 1818 manat olan olan X2 Atron, Seksiya Hoffmann, Kombi Stabilizator, Qaz requlyatoru ½ Eurogas satılmışdır. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06.05.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh 18 ay müddətinə dəyəri 1388 manat olan Playstation-4 Sony satılmışdır. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 14.04.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh 18 ay müddətinə dəyəri 1296 manat olan Samsung Kondisioner satılmışdır. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 15.02.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh 18 ay müddətinə dəyəri 1279 manat olan Xiaomi Mİ MİX 2S markalı telefon satılmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC qarşısında nisyə alqı-satqı müqavilələri üzrə öhdəliyini lazımınca yerinə yetirməmiş, müqavilələr üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada pulu iddiaçıya qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdehdən 15.02.2019-cu il tarixli müqavilə üzrə 57 manat cərimə borcu, 14.04.2019-cu il tarixli müqavilə üzrə 129 manat cərimə borcu, 06.05.2019-cu il tarixli müqavilə üzrə 99 manat cərimə borcu, 28.09.2019-cu il tarixli müqavilə üzrə 303 manat cərimə borcu, 28.12.2019-cu il tarixli müqavilə üzrə 48 manat cərimə borcu, 28.12.2019-cu il tarixli müqavilə üzrə 91 manat cərimə borcu, 06.01.2020-ci il tarixli müqavilə üzrə 79 manat cərimə borcu, 25.01.2020-ci il tarixli müqavilə üzrə 980 manat cərimə borcu və 11.02.2020-ci il tarixli müqavilə üzrə 174 manat dəbbə pulu tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafeylərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun ümumilikdə 48 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh doqquz müqavilə üzrə ümumilikdə 6538 manat əsas borc, 48 manat cərimə borcu və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 6538 manat əsas borc, 48 manat cərimə borcu olmaqlı cəmi 6586 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin hesabına keçirilsin. Qətnamənin icrası Cavabdeh yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №2(046)-1503/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1503/2021
18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver