Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-151/2021 09.03.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakı ilə, kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 938.52 manat əsas kredit borcu, 477.98 manat faiz borcu, 361.72 manat cərimə borcu olmaqla, cəmi 1778,22 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasın xahiş etmişdir. İş üzrə İddiaçı QSC-nin nümayəndəsi qismində izahat vermiş Nümayəndə tələbi belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı xx.xx.2014-cü il tarixdə bağlanmış kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 10.000 ABŞ dolları kredit xətti açılmışdır. Cavabdeh1 ilə xx.xx.2017-cü il tarixdə bağlanmış kredit razılaşmasına əsasən Cavabdeh1 illik 2.3333 faiz olmaqla 24 ay müddətinə 2035 manat kredit verilmişdir. Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin təminatı kimi, Cavabdeh2 ilə İddiaçı QSC arasında xx.xx.2015-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Cavabdeh1nın banka cəmi 1778.22 kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, 2015-ci il tarixdə İddiaçı QSC müqavilə bağlamış, kredit götürmüş, kredit borcunu ödəmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx xxx 2014-ci il tarixli kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 120 ay müddətinə 10.000 mnat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2015-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2017-ci il tarixli kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında aylıq 2.3333 faiz olmaqla 24 ay müddətinə 2035 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Təqdim edilmiş sübutlardan görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında aylıq 2.3333 faiz olmaqla 24 ay müddətinə 2035 manat kredit verilməsi barədə müqavilə bağlanmış, həmin müqavilənin təminatı kimi Cavabdeh2 bankla zaminlik müqaviləsi bağlamış, cavabdehlər Cavabdeh2 Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zamin durmuşlar. Cavabdeh1 bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/5165 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixədək banka əsas borcu 1589.75 manat, faiz borcu 367.23 təşkil edir. Bundan başqa hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh1 tərəfindən İddiaçı QSC-nin hesabına xx.xx.2019-cu il tarixdə 805.99 manat məbləğində ödəniş etmiş, lakin həmin ödəniş ekspert qarşısında qoyulan suallarda soruşulmadığından hazırki hesablama zamanı nəzərə alınmamışdır. Aparılmış ekspertizanın dəyəri 145 manatdır. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi ekspert rəyində nəzərdə tutulmuş xüsusatları mübahisələndirməmişdir. Mhkəmə hesab edir ki, iddia təmin edilərkən, əsas kredit borcu və faiz borcu ekspert rəyində nəzərdə tutulmuş həddə təmin edilməlidir. Belə ki, Cavabdeh1 tərəfindən xx.xx.2019-cu il tarixdə 805.99 manat məbləğində pulun İddiaçı QSC-nin hesabına ödənilməsi nəzərə alınmalı və ekspert rəyində göstərilmiş əsas borcdan çıxılmalıdır. (1589.75-805.99=783.76). Məhkəmə hesab edir ki, İddiaçı QSC-nin cavabdehlərdən 361.72 manat cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 10 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsində cavabdehdən tələb edilən kredit borcunun əsas və faiz hissəsi ekspertiza rəyində nəzərdə tutulmuş məbləğdən aşağı olduğundan məhkəmə hesab edir ki, 145 manat eskpertiza xərcinin 72.50 manatı iddiaçıya 72.50 manatı isə Cavabdeh1 aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı QSC-nin iddiası təmin qismən edilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 783.76 manat əsas kredit borcu, 367.23 manat faiz borcu, 10 manat cərimə borcu olmaqla, cəmi 1160.99 manat kredit borcu və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı QSC -nə qaytarılmalıdır. İş üzrə ekspertiza xərci olan 145 manat məbləğində pulun 72.50 manatı İddiaçı ASC-dən, 72.50 manatı isə Cavabdeh1 alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 783.76 manat əsas kredit borcu, 367.23 manat faiz borcu, 10 manat cərimə borcu olmaqla, cəmi 1160.99 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı QSC -nin hesabına keçirilsin. İş üzrə ekspertiza xərci olan 145 manat məbləğində pulun 72.50 manatı İddiaçı ASCdən, 72.50 manatı isə Cavabdeh1 alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-151/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-151/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver