Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1525/2025 19.09.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdehlər X2, Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, ziyan tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 330 manat və X1 341 manat məbləğində təbiətə dəymiş ziyanın alınaraq 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı tələbi belə əsaslandırmışdır ki, İddiaçı əməkdaşlarının Ucar rayonu üzrə xidməti ərazisində keçirilmiş növbəti nəzarət reydi zaman rayonun Şahlıq kəndi ərazisində, Türyançay hövzəsinə bitişik sahədə 2021-ci ildə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4 qanunsuz ov fəaliyyəti ilə məşğul olarkən saxlanılmışdır. Onlardan ov tüfəngləri və ovlanmış heyvanlar aşkar edilərək götürülmüşdür. Cavabdeh1 1 baş turac, Cavabdeh2 üzərində 1 baş turac, Cavabdeh3 1 baş turac və X1 isə 1 baş turac və 1 ədəd dovşan götürülmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 noyabr 2004-cü il tarixli 176 nömrəli və 03 may 2021-ci il tarixli 128 nömrəli qərarlarına əsasən qiymətləndirilmiş Cavabdeh1 1 baş turac ovlamaqla 330 (üç yüz otuz) manat, Cavabdeh2 1 baş turac ovlamaqla 330 (üç yüz otuz) manat, Cavabdeh3 1 baş turac ovlamaqla 330 (üç yüz otuz) manat, X4 isə 1 baş turac və 1 ədəd dovşan ovlamaqla 341 (üç yüz qırx bir) manat təbiətə ziyan vurmuşdur. Reyd zamanı yuxarıda adları çəkilən cavabdehlər yazılı izahatlarında qanunsuz ov etdiklərini etiraf etmiş və bu faktı təsdiq etmişlər. iddiaçı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 iddianı qəbul edərək göstərmişdir ki, qanunsuz olaraq ov ovlamışdır. Dəymiş ziyanı ödəyəcəkdir. Cavabdeh X4 iddianı qəbul edərək göstərmişdir ki, qanunsuz olaraq ov ovlamışdır. Dəymiş ziyanı ödəyəcəkdir. Cavabdeh2 iddianı qəbul edərək göstərmişdir ki, qanunsuz olaraq ov ovlamışdır. Dəymiş ziyanı ödəyəcəkdir. İş üzrə Cavabdeh3 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. xx.xx.2021-ci il tarixli 72417 nömrəli aktdan görünür ki, Ucar rayonu Şahlıq kəndi Türyançay hövzəsinə bitişik sahədə 2021-ci ildə Cavabdeh1 1 baş turac, Cavabdeh2 üzərində 1 baş turac, Cavabdeh3 1 baş turac və X4 1 baş turac və 1 ədəd dovşan ovlamışlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 noyabr 2004-cü il tarixli 176 nömrəli və 03 may 2021-ci il tarixli 128 nömrəli qərarlarına əsasən təbiətə dəymiş ziyanın hesablanması barədə cədvəllərdən görünür ki, Cavabdeh1 1 baş turac ovlamaqla 330 (üç yüz otuz) manat, Cavabdeh2 1 baş turac ovlamaqla 330 (üç yüz otuz) manat, Cavabdeh3 1 baş turac ovlamaqla 330 (üç yüz otuz) manat, X4 isə 1 baş turac və 1 ədəd dovşan ovlamaqla 341 (üç yüz qırx bir) manat təbiətə ziyan vurmuşlar. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdehlər təbiətə ziyan vurduqlarını etiraf etmişlər. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X4 tərəfindən təbiətə vurulmuş ziyan iddiaçının hesabına ödənilməlidir. Ovçuluq Haqqında Azərbaycan Respublikasının Qanunu -6.0. Ovçuluq və ovçuluq təsərrüfatı sahəsində idarəetmə aşağıdakı prinsiplərə əsaslanır: -6.0.1. bioloji müxtəlifliyin və təbii ekoloji sistemin qorunub saxlanılması; -6.0.2. ovçuluq təsərrüfatlarından məqsədli, habelə elmin və mədəniyyətin inkişafı üçün səmərəli istifadə edilməsi; -6.0.3. ovçuluq təsərrüfatlarında vəhşi heyvanların mühafizəsi, artırılması və istifadəsi üzərində dövlət nəzarətinin zəruriliyi; -6.0.4. ovçuluq təsərrüfatlarında vəhşi heyvanların yaşayış mühitinin, miqrasiya yollarının, qışlama yerlərinin, nəsilartırma və çoxalma şəraitinin qorunması; -6.0.5. heyvanlar aləmindən istifadənin bioloji etikaya uyğun olaraq həyata keçirilməsi; -6.0.6. ovçuluq təsərrüfatlarında vəhşi heyvanlardan istifadənin və ovun ödənişli olması və limitləşdirilməsi; -6.0.7. əhalinin sağlamlığına, təbiətə və iqtisadiyyata ziyan vurulmasının qarşısının vaxtında alınması məqsədilə zərərverici vəhşi heyvanların sayının müəyyənləşdirilməsi və tənzimlənməsi. -11.1.Azərbaycan Respublikasının ərazisində təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan ov obyektinə aid edilən vəhşi heyvanların mühafizəsini, artırılmasını və səmərəli istifadəsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən onların sayının dövlət uçotu aparılır. -11.2.Ov obyektinə aid edilən vəhşi heyvanların ayrı-ayrı növlərinin siyahısı, onların ov mövsümündə tutulmasının və vurulmasının norması (sayı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -11.3.Əhalinin sağlamlığını mühafizə etmək və təhlükəsizliyini təmin etmək, kənd təsərrüfatı və ev heyvanlarını xəstəliklərdən qorumaq, heyvanlar aləminə, onların yaşayış mühitinə və iqtisadiyyata zərər vurulmasının qarşısını almaq məqsədilə ayrı-ayrı yırtıcı heyvan növlərinin vurulması qaydası və limitləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -14.1.Ov etmək üçün icazə ovçuluq fəaliyyətinin həyata keçirilməsinə icazə verən hüquqi sənəddir və ov obyektlərinin hər növünə ayrıca verilir. -14.2.İcazə ov mövsümündə həvəskar və idman ovunu həyata keçirmək üçün fiziki və hüquqi şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. İcazədə ov obyektinin növü, ovlama üsulu və yeri, norması (sayı), ovun vaxtı, icazənin müddəti və şərtləri göstərilir. Ov etmək üçün icazənin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -14.3.Ovçuluq bileti təqdim edilmədən ovçuya ov etmək üçün icazənin verilməsinə yol verilmir.[5] -14.4.Ovçuya verilən ov etmək üçün icazədən yalnız özü istifadə edə bilər və icazə verildiyi müddət üçün etibarlıdır. -14.5.Ov obyektinə aid edilmiş vəhşi heyvanları yetişdirib ov yerlərinə buraxan təsərrüfat subyektləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ov etmək üçün icazə verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 330 manat, Cavabdeh2 330 manat, Cavabdeh3 330 manat və X1 341 manat məbləğində təbiətə dəymiş ziyan alınaraq İddiaçı hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Dövlət X3 9.1-ci maddəsinə əsasən aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.14. məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, iddianın əsasını təşkil edən 1331 manat maddi ziyanın təmin edilmiş hissəsinə nisbətdə 33.31 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdı̇ : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 330 manat, Cavabdeh2 330 manat, Cavabdeh3 330 manat və X1 341 manat məbləğində təbiətə dəymiş ziyan alınaraq İddiaçı hesabına keçirilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 33.31 manat dövlət rüsumu müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1525/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1525/2025
19.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver