Məhkəmə qərarları › İş №2(046)-153/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-153/2021

31.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-153/2021 31.03.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1521 manat dəymiş ziyanın və 30 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı MMC-nin nümayəndəsi X1 məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş emtişdir. İş üzrə İddiaçı MMC iddia ərizəsində tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X3” haqqında müqavilə imzalanmışdır. xx.xx.2018-ci il tarixli 510-K saylı əmrlə adminstrator vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu il tarixli 509-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə Oba - Həzi Aslanov 2 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh cəmiyyətə zərər vurduğu müəyyən edilmiş, xx.xx.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 3113 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışına əsasən cavabdeh zərər vurduğu borcdan 1592 manat güzəşt edilmiş qalıq borc 1521 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Buna görə də tələbinin təmin edilməsin xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyi barədə ərizə təqdim edərək göstərmişdir ki, İddiaçı MMC arasında xx.xx.2018-ci il 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X3” haqqında müqavilə imzalanmışdır. Törətdiyi intizam xətası nəticəsində marketə maddi ziyan vurmuşdur. Qeyd edilən məbləği hissə-hissə qaytaracaqdır. İş üzrə cavabdehin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə təqdim edilmiş xx.xx.2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, “X4” MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə təyin edilmişdir. Məhkəməyə təqdim edilmiş “X3” haqqında xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh tam maddi məsul şəxsdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, xx.xx.2019cu il tarixlərində Cavabdeh ilə bağlı təftiş yoxlanması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 3113 manat çatışmazlıq müəyyən edilmiş, Cavabdeh həmin borcdan 1592 manat güzəşt edilmişdir. Hazırda Cavabdeh Cəmiyyətin xəzinəsinə 1521 manat borcu qalmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı MMC şirkətində satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, tam maddi məsul şəxs kimi İddiaçı MMC-dən 3113 manat məbləğində malları qəbul etmiş, həmin malların pulunu şirkətə təhvil verməli olduğu halda qanunsuz olaraq sahiblənmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı MMC şirkəti ona dəymiş maddi zərərin əvəzi kimi ümumilikdə 1521 manat məbləğində pulu Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X3 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh maddi ziyanın əvəzi kimi 1521 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-nə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi kimi 1521 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-nə verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar