Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1539/2021 04.11.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə və cavabdeh X2 iştirakı ilə, kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində 04 noyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X1 4596.74 manat əsas kredit borcu, 23.55 manat faiz borcu və 1327.62 manat cərimə borcu olmaqla, cəmi 5947.91 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə iddia tələbini belə əsaslandırmışdır ki, 21.11.2019-cu il tarixdə X3 ilə bağlanmış 026A********** saylı kredit müqaviləsinə əsasən illik 1 faiz olmaqla 60 ay müddətinə 4596.74 manat məbləğində kredit verilmişdir. Buna müvafiq olaraq, kredit müqaviləsi üzrə tərtib edilmiş ödəniş cədvəlinə əsasən kreditin və faizlərinin borclu tərəfindən banka qaytarılmasının müddətləri və qaydası müəyyən edilmişdir. X3 üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icrasını təmin etmək məqsədi ilə cavabdehə dəfələrlə şifahi və yazılı surətdə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilə şərtlərini pozaraq ödəmələri vaxtında yerinə yetirməmişdir. Bundan başqa iddiaçı məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə cavabdeh X4 oğlu iddianı qismən qəbul edərək göstərmişdir ki, İddiaçı QSC ilə müqavilə bağlamış, kredit götürmüşdür. Maddi imkanı olmadığından kredit borcunu ödəyə bilməmişdir. İddiaçıya olan kredit borcunu hissə-hissə ödəyəcəkdir. Tələbin cərimə hissəsini əsassız hesab edir. İş üzrə iddiaçının nümayəndəsini və cavabdehi dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 21 noyabr 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı QSC ilə X4 oğlu arasında illik 1 faiz olmaqla 60 ay müddətinə 4596.74 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Təqdim edilmiş sübutlardan görünür ki, AccessBank» QSC ilə X4 oğlu arasında 026A********** saylı kredit müqaviləsinə əsasən illik 1 faiz olmaqla 60 ay müddətinə 4596.74 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Cavabdeh X4 oğlu bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehdən tutulmasını tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı AccessBank QSC-nin cavabdehdən 1327.62 manat cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 7.62 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Təqdim edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 4596.74 manat əsas kredit borcu, 23.55 manat faiz borcu və 7.62 manat cərimə borcu olmaqla, cəmi 4627.91 manat kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq AccessBank QSC-nin xeyrinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh X1 4596.74 manat əsas kredit borcu, 23.55 manat faiz borcu və 7.62 manat cərimə borcu olmaqla, cəmi 4627.91 manat kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq AccessBank QSC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1539/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1539/2021
04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver