Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-154/2022 24.02.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh 2468.2 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsində tələbi belə əsaslandırmışdır ki, Cavabdeh ilə arasında 03.06.2020-ci il və 03.06.2020-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən cavabdehin 2468.2 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş, belə ki, 03.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1180.8 manat (18 ay x 65.6 manat + 0 manat ilkin ödəniş) olan Samsung markalı LED TV üçün ümumilikdə, 1180.8 manat əsas borc, 234 manat dəbbə pulu və 03.06.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 812.4 manat (12 ay x 67.7 manat 0 manat ilkin ödəniş) Xiomi Redmi 8A markalı telefon və Samsung markalı tozsoran üçün ümumilikdə, 812.4 manat əsas borc, 241 manat dəbbə pulu borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh qalan borcunu ödəməmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 03.06.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh 18 ay müddətinə dəyəri 1180.8 manat olan Samsung markalı LED TV satılmışdır. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 03.06.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh 12 ay müddətinə dəyəri 812.4 manat olan Xiomi Redmi 8A markalı telefon və Samsung markalı tozsoran satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdehdən 03.06.2020-ci il tarixli müqavilə üzrə 234 manat və 03.06.2020-ci il tarixli müqavilə üzrə 241 manat dəbbə pulu tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafeylərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun ümumilikdə 5 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsas borc üzrə 1998.2 manat borc, 5 manat cərimə borcu və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1998.2 manat borc, 5 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin hesabına keçirilsin. Qətnamənin icrası Cavabdehnun yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-154/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-154/2022
24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver