Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1557/2023 04.09.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 9.000 (doqquz min) manat və ödənilmiş 110 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə təxminən 5 il bundan əvvəl tanış olmuşdur. Bu müddət ərzində cavabdehlə həmişə mehriban yoldaşlıq münasibətində olmuş və aralarında heç bir narazılıq və söz-söhbət olmamışdır. 2023-cü ilin may ayının əvvəlində cavabdeh şəxsi işlərini görmək üçün ondan bir neçə günlüyə 10.000 (on min) manat borc pul verməyi xahiş etmişdir. O, cavabdehlə uzun müddət mehriban yoldaşlıq münasibətində olduğundan 12 may 2023-cü il tarixdə Göyçay notariat ofisində kredit müqaviləsi bağlayaraq heç bir faiz tələb etmədən 25 may 2023-cü il tarixdə borcu qaytarmaq şərti ilə ona 10.000 (on min) manat borca pul vermişdir. Cavabdeh ondan borc şəklində almış olduğu 10.000 manat pulu 25 may 2023-cü il tarixədək qaytaracağına söz versə də üstündən bir aydan artıq vaxt keçməsinə baxmayaraq onunla notariat qaydada bağladığı kredit müqaviləsində üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. O, dəfələrlə cavabdehin mobil telefonuna zəng edərək və bir neçə dəfə görüşərək ondan bir neçə günlüyə borc şəklində aldığı pulu qaytarmasını tələb etdikdə cavabdeh müxtəlif bəhanələr gətirərək bundan imtina etmişdir. Təxminən iyun ayının 20sində cavabdeh ondan bir neçə günlüyə borc şəklində aldığı on min manat puldan bir min manatını qaytarmış, qalan 9.000 manat pulu nə vaxt qaytaracağı bəlli deyil. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdi, əlavə olaraq bildirdi ki, hazırda Cavabdeh ona olan 10.000 manat borcundan 3000 manat ödəniş etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi, izahat verərək göstərdi ki, 2023-cü ilin may ayının əvvəlində şəxsi işlərini görmək üçün iddiaçıdan 10.000 (on min) manat borc pul verməyi xahiş etmişdir. İddiaçı ilə aralarında notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ona 10.000 manat pul vermişdir. İddiaçı olan borcdan 3.000 manat ödəniş etmiş və iddiaçıya 7000 manat borcu qalmışdır. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı 10.000 manat borc qismində aldığı pulu xx.xx.2023-cü il tarixədək qaytarmasını öhdəsinə götürmüşdür. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə,iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması tlə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə,borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa,borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki,tərəflər arasında borc münasibətləri mövcud olmuş,xx.xx.2023-ci il tarixli notariat qaydasında təsdiq edilmiş etibarlı kredit müqaviləsinə görə Cavabdeh İddiaçı 10.000 manat borc qismində aldığı pulu xx.xx.2023-cü il tarixədək qaytarmasını öhdəsinə götürmüşdür.Lakin müqavilə ilə müəyyən edilmiş müddət ərzində borcun tam olaraq qaytarılması təmin edilməmiş,borcun 1000 manat olan hissəsi qaytarılmışdır.Belə olan halda İddiaçı Cavabdeh əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi kimi qiymətləndirib borcun qalan 9000 manat hissəsinin dərhal qaytarılmasını tələb etmək hüququna malik olmuşdur.Qaytarılmalı olan borc məbləğinə gəldikdə isə,məhkəmə hesab edir ki,məhkəmə baxışı ərəfəsində Cavabdeh tərəfindən borcun 2000 manat olan hissəsinin qaytarılması nəzərə alınmalı,ona görə də iddia qismən təmin olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələbin məbləğinə mütənasib olaraq tərəflərə aid edilməli,iddianın 78 faizi təmin edildiyindən,məhkəmə xərclərinin 78 faizi cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 7000 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Məhkəmə xərclərinin 78 faizi cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 110 manat məbləğində pulun 85 manat hissəsi alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-1557/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1557/2023
04.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver