Məhkəmə qərarları › İş №2(046)-1560/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1560/2023

14.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1560/2023 14.12.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2059 manat məbləğində dəymiş maddi zərərin, dövlət rüsumu kimi ödənilmiş 40 manat 60 qəpik və hüquqi yardım almaq üçün vəkilə ödənilmiş 200 manat məbləğində pulun alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 11 fevral 2023-cü il tarixdə qardaşı Nümayəndə1 onun mülkiyyətində olan «Vaz 21154» markalı ** KA *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Göyçay şəhərindən Bığır kəndi istiqamətində idarə edərkən rayonun Hacalıkənd kəndi ərazisində saat 23 radələrində Cavabdeh idarə etdiyi avtomobillə yüksək sürətlə əks istiqamətdən onlara qarşı gələrək əvvəlcə X4 idarə etdiyi «Vaz 2106» markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobillə, sonra X3 idarə etdiyi «Mersedes Benz C 180» markalı ** LT *** dövlət nömrə nişanlı minik avtomobillə, daha sonra qardaşının idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Hadisə zamanı qardaşı Nümayəndə1 və özü xəsarət almış,mülkiyyətində olan avtomobilə 4464 manat məbləğində zərər dəymişdir. Göyçay rayon X5 Bölməsinin 27 fevral 2023-cü il tarixli qərarı ilə cavabdehin əməlində cinayət tərkibinin əlamətləri təsdiq olunmadığından barəsində cinayət işi başlanması rədd edilmiş, cavabdeh Göyçay rayon Polis Şöbəsi DYPB-nin 02 mart 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat məbləğində cərimə edilmişdir. Ona 4464 manat məbləğində zərər dəysə də sığorta şirkəti cəmi 2405 manat ödəniş etmişdir. Cavabdeh nəinki qardaşının qəza nəticəsində aldığı xəsarətlə bağlı səhhəti ilə maraqlanmamış, hətta avtomobilinə dəymiş maddi zərərin qalan hissəsini ödəməmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə dəymiş zərər sığorta şirkəti tərəfindən qiymətləndirilmiş və iddiaçının avtomobilinə dəymiş ziyan 2405 manat hesablanmışdır. İddiaçı da həmin məbləğlə razılaşmış və sığorta şirkətindən 2405 manatı almışdır. Göründüyü kimi iddiaçının iddia ərizəsində avtomobilinə dəydiyi ziyan 4464 manat məbləğində olmamışdır. Hesab edir ki, İddiaçı avtomobilinə dəymiş ziyanın hesablanması üçün ekspertiza təyin edildiyi halda dəymiş ziyan 2405 manat müəyyən oluna bilər. Yuxarıda qeyd olunanları nəzərə alınaraq məhkəmədən İddiaçı ona qarşı maddi ziyanın ödənilməsi tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə dəymiş zərər sığorta şirkəti tərəfindən qiymətləndirlmiş və iddiaçının avtomobilinə dəymiş ziyan 2405 manat ziyan hesablanmışdır. İddiaçı da həmin məbləğlə razılaşmış və sığorta şirkətindən 2405 manatı almışdır. Hesab edir ki, iddiaçının avtomobilinə dəymiş ziyan 2059 manat olmamış və iddiaçıya 300-400 manat məbləğində ziyan dəymişdir. Məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etmişdir. İş üzrə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş AC N 442475 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Vaz 21154» markalı ** KA *** dövlət qeydiyyat nişanlı minik avtomobilin sahibi İddiaçıdur. İşə əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 28 fevral 2023-cü il tarixli ziyan aktından görünür ki, «Vaz 21154» markalı ** KA *** dövlət qeydiyyat nişanlı avtomobilə 4464 manat ziyan hesablanmışdır. İşə əlavə edilmiş ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı avtomobilinə dəymiş ziyana görə 2405 manat ödənilmişdir. İşə əlavə edilmiş 27 fevral 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 23 radələrində sürücülük vəsiqəsi və etibarnaməsi olmaqla ayıq vəziyyətdə idarə etdiyi «Vaz 21154» minik markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay rayonu Hacalıkənd kəndi ərazisində Göyçay şəhəri istiqamətində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozmuş və nəticədə idarə etdiyi avtomobillə ilk öncə əks istiqamətdə hərəkətdə olan sürücü X2 vəsiqəsi və etibarnaməsi olmaqla,ayıq vəziyyətdə idarə etdiyi «Vaz 2106»minik markalı ,** DX *** dövlət qeydiyyat nişanlı avtomobili,daha sonra sonuncu ilə eyni istiqamətdə hərəkətdə olan sürücü X1 vəsiqəsi və etibarnaməsi olmaqla,ayıq vəziyyətdə idarə etdiyi «Mersedes Benz» markalı 99 LT658 dövlət qeydiyyat nişanlı avtomobili və eyni zamanda sonuncu ilə eyni istiqamətdə hərəkətdə olan sürücü Nümayəndə1 sürücülük vəsiqəsi və etibarnaməsi olmaqla ayıq vəziyyətdə idarə etdiyi «Vaz 21154» minik markalı ,** KA *** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir.Hadisə nəticəsində hər üç avtomobilə maddi ziyan dəymişdir.Cavabdeh əməlində cinayət tərkibinin əlamətləri təsdiq olunmadığından barəsində cinayət işi başlanması rədd edilmiş, Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surəti aidiyyatı üzrə Göyçay rayon polis şöbəsinin Dövlət yol polis bölməsinə göndərilməsi qərara alınmışdır. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, «Vaz 21154» markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixdə tərtib edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 23:00-da Göyçay rayon Hacalıkənd kənd ərazisində «Vaz 21154» minik markalı ** EJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarının pozulması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat cərimə edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 noyabr 2023-cü il tarixli 9/1356 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC-nin mütəxəssisi tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışlı “Vaz 21154” markalı ** KA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 3814 manat müəyyən edilir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin,habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən,mexanizmlərdən,yüksək gərginlikli elektrik enerjisindən,atom enerjisindən,partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.istifadə edilməsi,tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar,bu şərtlə ki,zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə,nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 56.1.2-ci maddəsinə görə üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2,13.1,13.2,52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2023cü il tarixli qərarına görə 1. “İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 58.3-cü maddəsinin mənasına görə, bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin əmlakına zərər vurulması faktı bir sığorta hadisəsi hesab edilir.

2. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 10, 20.4, 56 və 58.3-cü maddələrinə əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz.Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının zərərçəkənlərin hər birinə münasibətdə ayrıayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi müəyyən edilmiş sığorta məbləğini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir.

3. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği icbari sığorta üzrə sığorta ödənişini aşdığı halda zərərçəkən zərərin sığorta ödənişindən artıq olan hissəsinin ödənilməsini zərərvurandan tələb edə bilər. Məhkəmənin mövqeyi:

Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 23 radələrində idarə etdiyi «Vaz 21154» minik markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay rayonu Hacalıkənd kəndi ərazisində Göyçay şəhəri istiqamətində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozmuş və nəticədə idarə etdiyi avtomobillə ilk öncə əks istiqamətdə hərəkətdə olan sürücü X4 idarə etdiyi «Vaz 2106»minik markalı ,** DX *** dövlət qeydiyyat nişanlı avtomobili,daha sonra sonuncu ilə eyni istiqamətdə hərəkətdə olan sürücü X3 idarə etdiyi «Mersedes Benz» markalı 99 LT658 dövlət qeydiyyat nişanlı avtomobili və eyni zamanda sonuncu ilə eyni istiqamətdə hərəkətdə olan sürücü Nümayəndə1 idarə etdiyi «Vaz 21154» minik markalı ,** KA *** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir.Hadisə nəticəsində hər üç avtomobilə maddi ziyan dəymişdir. xx.xx.2023-cü il tarixli,TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat cərimə edilmişdir. Sığorta şirkəti tərəfindən İddiaçı sığorta ödənişi olaraq 2405 manat ödənilmiş,iddiaçı dəymiş ziyanın 4464 manat məbləğində olmasına istinad edərək Cavabdeh 2059 manat (4464-2405=2059) tələb etmişdir. Dəymiş real zərərin miqdarını müəyyən etmək üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 noyabr 2023-cu il tarixli 9/7028 nömrəli ekspert rəyinə görə dəymiş zərər 3814 manat məbləğində müəyyən edilmişdir.Məhkəmə ekspert rəyini digər sübutlarla müqayisəli şəkildə təhlil edərək daha mötəbər sübut qismində qəbul edir və nəzərə alır. Ona görə də məhkəmə hesab edir ki, «Vaz 21154» markalı ** KA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 3814 manat məbləğində müəyyən olunmalıdır. İddiaçı 2405 manat məbləğində sığorta ödənişi verildiyindən,dəymiş zərər 1409 manat müəyyən edilməli (3814-2405= 1409), 1409 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməli, bununla da iddia qismən təmin olunmalıdır. O ki qaldı Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə dəymiş zərərin sığorta şirkəti tərəfindən qiymətləndirilməsini və dəymiş ziyanın məhz 2405 manat hesablanmasını,iddiaçının həmin məbləğlə razılaşmasını və sığorta şirkətindən 2405 manatı almasını və buna görə də iddiaçının avtomobilinə dəydiyi ziyanın 4464 manat məbləğində olmamasını, maddi ziyanın ödənilməsi tələbinin təmin edilməməsi barədə etirazına,məhkəmə «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 56cı maddəsinin həmin Qanunun 10.2,13.1,13.2,52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2023cü il tarixli qərarında olan şərhi nəzərə alaraq qeyd edir ki, icbari sığorta münasibətlərində bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə zərər vurulması faktı bir sığorta hadisəsi hesab edildiyindən,zərərçəkən zərərin sığorta ödənişi ilə əhatə olunmayan hissəsinin ödənilməsi ilə bağlı zərərvurana qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada delikt hüququ üzrə tələb irəli sürə bilər.İş üzrə keçirilmiş məhkəməəmtəəşunaslıq ekspertizası ilə iddiaçıya dəymiş zərərin sığorta ödənişindən artıq olması müəyyən edildiyinə və bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə zərər vurulması faktı bir sığorta hadisəsi hesab edildiyinə, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin (5000 manatın) ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilməsinə görə,iddiaçı Nümayəndə1 zərərin sığorta ödənişi ilə əhatə olunmayan hissəsinin Cavabdeh alınmasını tələb etmək hüququna malik olmuşdur. Məhkəmə hesab edir ki,iddia qismən təmin edilərək iddianın 68 faizi təmin edildiyindən,iddianın təmin edilmiş hissəsinə mütənasib məhkəmə xərclərinin 68 faizi cavabdehə aid edilməlidir. Məhkəmə vəkilin göstərdiyi yardıma görə xərcin 200 manat olmasına dair təqdim edilmiş qəbzi nəzərdən keçirərək hesab edir ki,vəkilin göstərdiyi yardım yalnız iddia ərizəsinin tərtib olunması və ona lazımi olan sənədlərin əlavə edilməsindən ibarət olduğundan,vəkilə göstərdiyi yardıma görə xərcin məbləği 100 manat həddində nəzərə alınmalıdır. Beləliklə məhkəmə hesab edir ki,məhkəmə xərcləri 40 manat 60 qəpik məbləğində ödənilmiş dövlət rüsumundan,50 manat məbləğində ekspertiza tədqiqatının dəyərindən və 100 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcdən ibarət olduğundan,məhkəmə xərclərnin 68 faizi-129 manat 60 qəpik hissəsi cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi olaraq 1409 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Məhkəmə xərclərinin 68 faizi cavabdehə aid edilsin. Cavabdeh 79 manat 60 qəpik məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh 50 manat ekspertiza xərci alınaraq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar