Məhkəmə qərarları › İş №2(046)-157/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-157/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-157/2021 23.02.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, xxxx KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xxxx KB ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2167.51 manat əsas kredit borcu, 377.72 manat faiz borcu, 2.32 manat cərimə borcu olmaqla, cəmi 2547.55 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xxxx KB ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə vasitəsi ilə müraciət edərək məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı xxxx KB ASC tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə xxxx KB ASC arasında xx.xx.2019-cu il tarixdə 36 ay müddətinə illik 29 faiz olmaqla 2300 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 verilmiş kreditin təminatı kimi Cavabdeh2 xxxx KB ASC ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Cavabdeh1 iddia ərizəsində qeyd olunan kredit borcundan ödənişlər etmiş və nəticədə banka 2167.51 manat əsas kredit borcu, 377.72 manat faiz borcu, 2.32 manat cərimə borcu olmaqla, cəmi 2547.55 manat kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli kredit və zaminlik müqaviləsindən görünür ki, “xxxx” KB ASC ilə Cavabdeh1 arasında 36 ay müddətinə illik 29 faiz ödəmək şərtilə 2300 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmış, həmin tarixdə xxxx KB ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə baxışı müəyyən olunur ki, Cavabdeh1 bank qarşısında üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş, borclu olduğu pulu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Eləcə də qeyd edilən müqavilə üzrə Cavabdeh2 Cavabdeh1 verilmiş kreditin təminatı kimi xxxx KB ASCnin qarşısında öhdəlik götürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehlərdən tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2167.51 manat əsas kredit borcu, 377.72 manat faiz borcu, 2.32 manat cərimə borcu olmaqla, cəmi 2547.55 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq xxxx KB ASC-nin hesabına ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2167.51 manat əsas kredit borcu, 377.72 manat faiz borcu, 2.32 manat cərimə borcu olmaqla, cəmi 2547.55 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq xxxx KB ASC-nin hesabına ödənilsin. Qətnamənin icrası Cavabdeh2 yaşadığı yer üzrə Gəncə şəhər İcra idarəsinə və Cavabdeh1 yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar