Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1570/2022 20.06.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi ilə İddiaçı Rəfail oğlunun cavabdeh X2 qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə iddia ərizəsinə Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Rəfail oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh X3 ilə aralarında bağlanmış alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsində cavabdeh kimi qeyd edilmiş X1 şəhərində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göründüyü kimi İddiaçı Rəfail oğlunun iddia ərizəsi ərazi aidiyyəti üzrə Göyçay Rayon Məhkəməsində baxılmalı deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 293, 263, 264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: İddiaçı Rəfail oğlunun cavabdeh X2 qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Rəfail oğluna Xocalı Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1570/2022
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1570/2022
20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver