Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1571/2021 24.12.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh2 iştirakı ilə, kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 13570.79 ABŞ dolları əsas kredit borcu, 1064.82 ABŞ dolları faiz borcu, 90.34 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 14725.95 ABŞ dolları kredit borcunun və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 həmin əmrə etiraz vermiş və bununla əlaqədar Göyçay rayon Məhkəməsinin qərardadı ilə qeyd edilən əmr ləğv edilmiş və iddia icratına keçirilmişdir. İş üzrə İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında 13.06.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 22 faiz olmaqla 36 ay müddətinə 19.000 ABŞ dolları kredit verilmişdir. Həmin müqavilənin təminatı kimi 13.06.2014-cü il tarixdə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında zaminlik müqaviləsi bağlanmışdır. 13.06.2014-cü il tarixli kredit müqaviləsi Cavabdeh1 ərizəsinə əsasən, eləcədə qeyd olun kredit müqaviləsi üzrə zaminlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 razılığına əsasən 08.05.2015-ci il tarixdə restrukturizasiya olunmuşdur. 08.05.2015-ci il tarixli razılaşmaya əsasən Cavabdeh1 37 ay müddətinə illik 19 faiz olmaqla 15.500 ABŞ dolları məbləğində krediti ödəniş cədvəlinə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Cavabdeh1 banka cəmi 14725.95 ABŞ dolları kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 20 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi və kredit borcunun cavabdeh X3 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, Cavabdeh1 iddiaçı ilə kredit müqaviləsi bağlamış, kredit götürmüş, kreditin təminatı kimi ona zamin durmuşdur. Lakin bankla sonradan bağlanmış müqavilələrə imza etməmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə digər cavabdehlərə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 13.06.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 oğlu arasında illik 22 faiz olmaqla 36 ay müddətinə 19.000 ABŞ dolları məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 13.06.2014-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında zaminlik müqavilələri bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 08.05.2015-ci il tarixli 13.06.2014-cü il tarixli kredit müqavilə estrukturizasiyasına dair razılaşmadan görünür ki, Cavabdeh1 37 ay müddətinə illik 19 faiz olmaqla 15.500 ABŞ dolları məbləğində krediti ödəniş cədvəlinə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə-xəttşunaslıq ekspertizasının 07 dekabr 2017-ci il tarixli 29933 saylı ekspert rəyindən görünür ki, 1. Ekspertizaya təqdim edilmiş, mülki işin 92-ci vərəqində Cavabdeh2 adından olan 8 may 2015-ci il tarixli ərizədə “İmza:”, “Əlavənin surətini aldım” qrafalarındakı imzalar və “A.S.A” qrafasındakı “Cavabdeh2” yazıları - QƏHƏRMANOV ELNUR QƏRİBXAN oğlu tərəfindən icra olunmuşdur. 2. Ekspertizaya təqdim edilmiş, mülki işin 93-cü vərəqində olan Cavabdeh3 adından olan 8 may tarixli ərizədə “İmza:”, “Əlavənin surətini aldım” qrafalarındakı imzalar və “A.S.A” qrafasındakı “Cavabdeh3” yazıları – Cavabdeh3 tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 126 manat təşkil edir. Təqdim edilmiş sübutlardan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında illik 22 faiz olmaqla 36 ay müddətinə 19.000 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmış, həmin müqavilənin təminatı kimi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 bankla zaminlik müqaviləsi bağlamış, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini icrası üçün zamin durmuşlar. 13.06.2014-cü il tarixli kredit müqaviləsi Cavabdeh1 ərizəsinə əsasən, eləcədə qeyd olun kredit müqaviləsi üzrə zaminlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 razılığına əsasən 08.05.2015-ci il tarixdə restrukturizasiya olunmuşdur. 08.05.2015-ci il tarixli razılaşmaya əsasən Cavabdeh1 37 ay müddətinə illik 19 faiz olmaqla 15.500 ABŞ dolları məbləğində krediti ödəniş cədvəlinə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu kredit borcunu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. . Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, İddiaçı ASC-nin cavabdehlərdən 90.34 ABŞ dolları cərimə borcu tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafeylərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 3.34 ABŞ dolları məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı ərizə ilə məhkəməyə müraciət etdiyi zaman 20 məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 20 manat dövlət rüsumu cavabdehlərdəm tutularaq iddiaçıya qaytarılmalı, İş üzrə ekspertiza xərci olan 126 manat cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada alınaraq ekspertiza mərkəzinə ödənilməli, dövlət rüsumunun kəsiri olan 10 manat Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC-nin iddiası qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 13570.79 ABŞ dolları əsas kredit borcu, 1064.82 ABŞ dolları faiz borcu, 03.34 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 14638.95 ABŞ dolları kredit borcu və 20 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 13570.79 ABŞ dolları əsas kredit borcu, 1064.82 ABŞ dolları faiz borcu, 03.34 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 14638.95 ABŞ dolları kredit borcunun Azərbaycan manatı ilə məzənnəsi və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına keçirilsin. İş üzrə ekspertiza xərci olan 126 manat məbləğində pul cavabdehlər Cavabdeh3 və Cavabdeh2 alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Dövlət rüsumunun kəsiri olan 10 manat dövlət rüsumu Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1571/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1571/2021
24.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver