Məhkəmə qərarları › İş №2(046)-1585/2021

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1585/2021

09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1585/2021 09.12.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı LPO "xxxx" ASCnin cavabdehlər Cavabdeh qarşı kredit borcunun ödənilməsi dair mülki işin materiallarına baxaraq məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı LPO "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh kredit borcunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək mülki işin baxılmamış saxlanmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 268ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA A L D İ: iddiaçı LPO "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş iddiaçının nümayəndəsinin ərizəsinə əsasən baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar