Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1585/2022 23.11.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə Cavabdeh Elsever oğlunun iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh Elsever oğluna qarşı ziyan tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Elsever oğlundan 1179 manat dəymiş ziyanın və 50 manat mediasiya xərcinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddianə müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh Elsever oğlu arasında xx.xx.2019-cu il 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X1” haqqında müqavilə imzalanmışdır. xx.xx.2019-cu il tarixli əmrlə adminstrator vəzifəsinə keçirilmişdir. xx.xx.2021-ci il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh Elsever oğlu iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə Oba mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Elsever oğlunun cəmiyyətə zərər vurduğu müəyyən edilmiş, “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 1437 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışına əsasən cavabdeh zərər vurduğu borcdan 259 manat güzəşt edilmiş qalıq borc 1179 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Buna görə də tələbinin təmin edilməsin xahiş etmişdir. İş üzrə Cavabdeh Elsever oğlu iddianı qəbul edərək göstərmişdir ki, İddiaçı MMC arasında xx.xx.2019-cu il 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X1” haqqında müqavilə imzalanmışdır. Törətdiyi intizam xətası nəticəsində marketə maddi ziyan vurmuşdur. Qeyd edilən məbləği hissə-hissə qaytaracaqdır. İş üzrə tərəfləri dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə təqdim edilmiş xx.xx.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, “X2” MMC ilə Cavabdeh Elsever oğlu arasında xx.xx.2019-cu il 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə təyin edilmişdir. Məhkəməyə təqdim edilmiş “X1” haqqında xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh Elsever oğlu tam maddi məsul şəxsdir. Məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, Cavabdeh Elsever oğlu ilə bağlı təftiş yoxlanması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 1437 manat çatışmazlıq müəyyən edilmiş, Cavabdeh Elsever oğluna həmin borcdan 258 manat güzəşt edilmişdir. Hazırda Cavabdeh Elsever oğlunun Cəmiyyətin xəzinəsinə 1179 manat borcu qalmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli mediasiya arayışından görünür ki, Oba Market MMC tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh Elsever oğlu İddiaçı MMC şirkətində satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, tam maddi məsul şəxs kimi İddiaçı MMC-dən 1179 manat məbləğində malları qəbul etmiş, həmin malların pulunu şirkətə təhvil verməli olduğu halda qanunsuz olaraq sahiblənmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı MMC şirkəti ona dəymiş maddi zərərin əvəzi kimi ümumilikdə 1179 manat məbləğində pulu Cavabdeh Elsever oğlundan tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X1 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, mediasiya xərci olan 50 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Elsever oğlundan maddi ziyanın əvəzi kimi 1179 manat və ödənilmiş 50 manat mediasiya xərci alınaraq İddiaçı MMC-nə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh Elsever oğlundan maddi ziyanın əvəzi kimi 1179 manat və ödənilmiş 50 manat mediasiya xərci alınaraq İddiaçı MMC-nə verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1585/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1585/2022
23.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver