Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1587/2021 09.12.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh 3038.20 manat məbləğində borcun və 30 manat dövlət rüsumu olmaqla, cəmi 3068.20 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsində tələbi belə əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında 07.03.2020-ci il, 16.06.2020-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən Samsung Galaxy A20s markalı mobil telefon, Samsung markalı soyuducu və paltaryuyan cavabdehə satılmışdır. Müqavilələrin şərtlərinə əsasən borclu alqı-satqı qiyməti 492.20 manat (12 ay x 40.60 manat + 5 manat ilkin ödəniş) olan Samsung Galaxy A20s markalı mobil telefon, alqı-satqı qiyməti 1502 manat (18 ay x 77 manat + 116 manat ilkin ödəniş) olan Samsung markalı soyuducu və alqı-satqı qiyməti 702 manat (12 ay x 58 manat + 6 manat ilkin ödəniş) olan Samsung markalı paltaryuyan üçün ümumilikdə cavabdeh cəmi 252 manat ödəniş etmişdir. Cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq, qalan borcunu ödəməmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, İddiaçı MMC ilə nisyə alqı-satqı müqaviləsi bağlamış, Samsung Galaxy A20s markalı mobil telefon, Samsung markalı soyuducu və paltaryuyan almışdır. İddiaçıya qalan borcunu hissə-hissə ödəyəcəkdir. Tələbin cərimə hissəsini əsassız hesab edir. İş üzrə cavabdehin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07.03.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh 12 ay müddətinə dəyəri 492.20 manat olan Samsung Galaxy A20s markalı mobil telefon satılmışdır. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 16.06.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh 18 ay müddətinə dəyəri 1502 manat olan Samsung markalı soyuducu satılmışdır. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 16.06.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh 12 ay müddətinə dəyəri 702 manat olan Samsung markalı paltaryuyan satılmışdır. Məhkəməyə təqdim edilmiş ödəniş cədvəllərindən görünür ki, 07.03.2020-ci il və 16.06.2020-ci il tarixli müqavilələrə əsasən Cavabdeh iddiaçıya 3038.20 manat əsas borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdehdən 07.03.2020-ci il tarixli müqavilə üzrə 108 manat, 16.06.2020-ci il tarixli müqavilə üzrə 277 manat, 16.06.2020-ci il tarixli müqavilə üzrə 209 manat dəbbə pulu tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafeylərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun ümumilikdə 12 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin iddiası qismən təmin edilməli, Cavabdeh əsas borc üzrə 1784.20 manat borc, 12 manat cərimə borcu və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMCnə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1784.20 manat əsas borc, 12 manat cərimə borcu və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 1826.20 manat tutularaq İddiaçı MMCnin hesabına keçirilsin. Qətnamənin icrası Cavabdeh yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1587/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1587/2021
09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver