Məhkəmə qərarları › İş №2(046)-16/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-16/2024

06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-16/2024 06.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 1488 manat borcun və 20 manat məbləğində dövlət rüsumun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən İddiaçı MMC-nin Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə icraat Cavabdeh1 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən mülki iş üzrə icraat təzələnmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı MMC-nin Cavabdeh1 qarşı borcun ödənilməsi tələbi üzrə cavabdeh olan Cavabdeh1, cavabdeh Göyçay şəhəri R.Rza küçəsi ev 38-də yaşayan Cavabdeh2 ilə əvəz edilmişdir. İş üzrə İddiaçı MMC-nin iddia ərizəsində tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı MMC ilə müddəti 15 ay olmaqla xx.xx.2018-ci il tarixli kredit müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1285 manat olan məişət avadanlığı və 18 ay olmaqla xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 iddiaçıdan dəyəri 1329 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdeh1 müqavilələr üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1488 manat borcu qalmışdır. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh1 dəyəri 1285 manat olan məişət avadanlığını nisyə əldə etmiş, borc məbləğini 15ay müddətinə ödəniş etməyi öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh1 dəyəri 1329 manat olan məişət avadanlığını nisyə əldə etmiş, borc məbləğini 18 ay müddətinə ödəniş etməyi öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı MMC-yə xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 281 manat, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 1207 manat cəmi 1488 manat borcu vardır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, mərhum Cavabdeh1 bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır.Bundan sonra İddiaçı MMC kredit borcunun tutulması ilə bağlı Cavabdeh1 qarşı məhkəmədə iddia qaldırmışdır. Cavabdeh1 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, mülki iş üzrə icraat hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Cavabdeh1 adına notariat kontorunda vərəsəlik işi açılmadığından, məhkəmə mülki iş üzrə icraatı təzələmişdir. Bundan sonra müəyyən edilmişdir ki, Cavabdeh1 vəfatından sonra ondan miras qalmış əmlakı anası Cavabdeh2 idarə edir. Məhkəmənin qərardadına əsasən Cavabdeh2 əsl cavabdeh kimi mülki iş üzrə Cavabdeh1 ilə əvəz edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehdən tələb etməyə haqlıdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda 20 manat dövlət rüsumu Cavabdeh2 alınaraq İddiaçı MMC-nin hesabına keçirilməli, dölvət rüsumunun kəsiri olan 14.88 manat Cavabdeh2 alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh2 1488 manat borcun və 20 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin hesabına keçirilsin. Dölvət rüsumunun kəsiri olan 14.88 manat Cavabdeh2 alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamənin icrası Cavabdeh2nun yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar