Məhkəmə qərarları › İş №2(046)-1605/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1605/2021

06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1605/2021 06.12.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 2298 manat əsas borc və 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı MMC iddia ərizəsində tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə 01.02.2020-ci il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən 2279 manata LG markalı soyuducu satılmış, cavabdeh hər ay 116 manat, bundan başqa 18.02.2020-ci il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən 319 manata XİOMU redmi markalı telefonsatılmış, cavabdeh hər ay 37 manat, ödəməyi öz öhdəsinə götürmüşdür. Borclunun müqavilələr üzrə ödənişlər etdikdən sonra İddiaçı MMCyə cəmi 2298 manat borcu qalmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq borclu MMC-yə borcunu ödəməmişdir. Bundan başqa iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 01.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh dəyəri 2279 manat olan LG markalı soyuducu nisyə əldə etmiş, borc məbləğini 18 ay müddətinə aylıq 116 manat olmaqla ödəniş etməyi öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş 18.02.2020-ci il tarixli nisyə-alqı satqı müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh dəyəri 319 manat olan Xiomi redmi markalı telefonu nisyə əldə etmiş, borc məbləğini 6 ay müddətinə aylıq 37 manat olmaqla ödəniş etməyi öhdəsinə götürmüşdür. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh ilə "xxxx" MMC arasında nisyə alqı-satqı müqavilələri bağlanmış, cavabdeh müqavilələr üzrə ödəniş etməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, öhdəliyin icrasından yayınmış, nəticədə Cavabdeh MMC-yə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda 30 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-nin hesabına keçirilməlidir Sadalananlara əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin iddiası təmin edilməli, Cavabdeh 2298 manat borc və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 2298 manat borc və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamənin icrası Cavabdehnın yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar