Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-165/2021 21.05.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı İB-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, ziyan tələbinə dair mülki işə Göyçay şəhərində 21 may 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 883 manat dəymiş ziyanın və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı İB-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yaşadığını, İddiaçı İB ilə 28.06.2016-cı il tarixdə qazın altıqsatqısına dair müqavilənin Bakı şəhərində bağladığını, ailəsi ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Nizami küçəsi bina 1, mənzil 9-da yaşadığını göstərmiş, buna görə də mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı İB-nin Cavabdeh qarşı qazdan istifadəyə görə ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə Cavabdeh ilə İddiaçı İB arasında bağlanmış müqavilənin icra yeri üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 35, 36, 44, 45, 263, 264, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı İB-nin Cavabdeh qarşı ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə Cavabdehnın İddiaçı İB ilə aralarında bağlanmış müqavilənin icrası yeri üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Göyçay Rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-165/2021
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-165/2021
21.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver