Məhkəmə qərarları › İş №2(046)-1684/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1684/2022

31.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1684/2022 31.08.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh alqı-satqı işlərin gördüyünə görə 3600 manatın, satdığı xurma məhsuluna görə 172 manatın, xurma məhsuluna görə ödədiyi 310 manatın, hüquqi yardım üçün vəkilə ödədiyi 500 manatın və 62 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xurma məhsulu alaraq xarici ölkələrə xurma məhsulu aparan şəxslərə satır, Cavabdeh həmkəndlisi kimi tanıyır. 2021-ci ilin avqust ayında cavabdeh bir neçə dəfə yaşadığı evin həyətinə gələrək xurma alveri ilə birgə məşğul olmağı təklif etmiş, cavabdehlə birlikdə xurma alveri ilə məşğul olmağa razılaşmışdır. Cavabdehlə razılaşmalarının şərti ondan ibarət idi ki, hər biri xurma məhsulu satan tanıdıqları şəxslərlə sövdələşib xurma məhsulunu ya nağd, ya nisyə alıb cavabdehin Elşən və Rəvan adlı tanışlarına təhvil verəcəklər. Onlar xurma məhsulunun dəyərini onlara ödəyəndən sonra nisyə xurma məhsulu aldıqları şəxslərə həmin məhsulun dəyərini ödəyəcəkmişlər, xurma məhsulunu satdığıqları şəxslərdən aldıqları pul isə yarı bölünəcəkdi. 2021-ci ilin payız mövsümündə cavabdehlə birlikdə xurma məhsulunu alıbsatmaqla məşğul olmuş və alqı-satqıdan 8400 manat gəlir əldə etmişlər. Həmin pulun 400 manatı ona xurma məhsulu almaq üçün öz şəxsi avtomobili ilə getdiyindən yanacaq və digər xərc kimi verilməli, qalan 8 min manat isə yarı bölünməli idi. Həmin məbləğdən mövsüm vaxtı hissə-hissə olmaqla 800 manat məbləğdə pulu cavabdehdən almış, lakin cavabdeh dəllal kimi ona çatacaq bütün məbləği öz tanışları Elşən və Rəvandan alsa da 3600 manat pulu bu vaxta kimi ödəməmişdir. Elşən və Rəvandan aldığı dəllal pulunu, həmçinin cavabdehin öz həyətindən satdığı xurma məhsulunun dəyəri olan 172 manat pulu ona ödəməməsi ilə əlaqədar Göyçay rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, cavabdeh qeyd edilənənləri izahatı ilə təsdiq etmişdir. Cavabdeh X1 aldığıqları xurma məhsulunun dəyəri olan 310 manat pulu da ödəməmişdir və bu faktı özü PŞ-nə verdiyi izahatda etiraf edir. Namiq Musayev alıcı kimi onu tanıdığından pulu ondan tələb etmiş və 04 iyul 2022-ci il tarixdə cavabdehin xərclədiyi 310 manat pulu Namiqə ödəmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, iddiaçı ilə şərikli olaraq alver etmişlər. İddiaçının iddia ərizəsində qeyd etdiyi məbləğlərlə razıdır. İddiaçıya qalan borcunu tezliklə ödəyəcəkdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş Cavabdeh tərəfindən Göyçay RPŞ-də verilmiş xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, Cavabdeh iddiaçıya olan borcunu etiraf etmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Göyçay Vəkil Bürosunun hesabına 500 manat pul ödəmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı ilə Cavabdeh şərikli olaraq 2021-ci ilin avqust ayında xurma məhsulunun alış-verişi ilə məşqul olmuşlar. Hazırda İddiaçı cavabdeh tərəfindən üzərinə düşən öhdəliyi icra etmədiyindən borclu qaldığı pulu tələb edir. Cavabdeh məhkəmə baxışı zamanı iddiaçıya qalan borcunu etiraf etmiş, həmin borcu tezliklə qaytacarağını bildirmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, İddiaçı məxsus 4082 manat məbləğində pul vəsaiti Cavabdehnın qanunsuz sahibliyində qalmışdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hüquqi yardım üçün ödənilmiş 500 manat pulun 250 manatı, 61 manat dövlət rüsumunun 31 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh alqı-satqı işlərin gördüyünə görə 3600 manatın, satdığı xurma məhsuluna görə 172 manatın, xurma məhsuluna görə ödədiyi 310 manatın, hüquqi yardım üçün vəkilə ödədiyi 250 manat və 31 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh alqı-satqı işlərin gördüyünə görə 3600 manatın, satdığı xurma məhsuluna görə 172 manatın, xurma məhsuluna görə ödədiyi 310 manatın, hüquqi yardım üçün vəkilə ödədiyi 250 manat və 31 manat dövlət rüsumu manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar