Məhkəmə qərarları › İş №2(046)-17/2024

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-17/2024

14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-17/2024 14.02.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" KB ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 437.43 manat əsas kredit borcu, 86.37 manat faiz borcu olmaqla cəmi 523.80 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. E-məhkəmə sistemindən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2020-cu il tarixdə vəfat etmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə icraat Cavabdeh hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Göyçay rayon Notariat kontorundan daxil olmuş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2020-cu il tarixdə vəfat etmiş Cavabdeh adına Göyçay rayon Notariat ofisi tərəfindən vərəsəlik işi açılmamışdır. Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə görə iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Cavabdeh vəfat etməsi ilə əlaqədar xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə, Cavabdeh vəfat etməsi ilə əlaqədar xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay rayon məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar