Məhkəmə qərarları › İş №2(046)-173/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-173/2023

26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-173/2023 26.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3355.78 manat dəymiş ziyanın, 330 manat faiz borcunun və 56.86 manat dövlət rüsumunun iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı MMC-nin nümayəndəsi X4 iddianə müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, Cavabdeh (Alıcı) və İddiaçı MMC arasında 07 dekabr 2021-ci il tarixli № 01 saylı Malların Alqı-Satqı müqaviləsi bağlanmışdır. Cavabdehə müxtəlif çeşiddə çörək məhsullarının alqı-satqısı olmuşdur. Göstərilən çeşiddə və miqdarda çörək məhsulları yararlı halda Alıcıya təhvil verilmişdir, Alıcı isə həmin Malları qənaətbəxş vəziyyətdə təhvil alıb dəyərini müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC öz üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirmişdir. Müqaviləyə əsasən, Alıcının öhdəliklərindən biri də təchiz olunmuş Malları qəbul etmək və həmin Malların dəyərini müəyyən olunmuş qaydada satıcıya ödəməkdir. Lakin aatıcının alıcıya təchiz etdiyi malların dəyəri Alıcı tərəfindən ödənilməmişdir. Buna görə də tələbinin təmin edilməsin xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı MMC şirkətində çörək satışı ilə əlaqədar satıcı işləmişdir. Satıcı işlədiyi müddət ərzində regionlara çörək paylamışdır. İddiaçının qeyd etdiyi 3355.78 manat dəyərində çörək məhsulunun ödənilməməsi ilə razılaşmır. Belə ki, qeyd edilər çörək məhsullarının satışı olmayacağını, satışı dayandırmaqlarını bildirmiş, lakin ona fikir verilməyərək, satış davam etdirilmişdir. Bundan başqa iddiaçının qeyd etdiyi 3355.78 manat pulu qaytarmışdır. Buna görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş X3 göstərmişdir ki, İddiaçı MMC şirkətində Cavabdeh satıcı kimi işlədiyi ərazidə audit yoxlaması aparmışdır. Yoxlama zamanı çörək məhsullarının 3991.78 manatının əskik olduğu müəyyən edilmişdir. İş üzrə tərəfləri dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə təqdim edilmiş xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında çörək məhsulunun satışı ilə bağlı müqavilə bağlanmışdır. Məhkəmə təqdim edilmiş xx.xx.2022-ci il tarixli xidməti məlumatdan görünür ki, İddiaçı MMC-yə məxsus çörək məhsulunun satışı ilə əlaqədar audit yoxlaması zamanı 3991.87 manat pulun əskik gəldiyi müəyyən edilmişdir. Bundan sonra yekun borcun 3355.78 manat əskik borc qaldığı müəyyən edilmişdir. Qeyd: xx.xx.2022-ci il tarixli xidməti məlumat satış təmsilçisi – hazırki iş üzrə Cavabdeh tərəfindən, audit üzrə mütəxəssis hazırki iş üzrə şahid X3 tərəfindən imzalanmış, Cavabdeh etirazı olmadığını yazılı şəkildə bildirmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı MMC şirkətində satış təmsilçisi vəzifəsinə işə qəbul olunmuş, İddiaçı MMC-yə məxsus çörək məhsulu satışı ilə məşqul olduğu dövr ərzində 3355.78 manat məbləğində məhsulun dəyərini İddiaçı MMC-yə qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı MMC şirkəti 3355.78 manat məbləğində pulu Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsaəsn öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə baxışı zamanı İddiaçı MMC-nin nümayəndəsi cavabdeh X1 330 manat faiz borcunun tutulmasına əsas verən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 56.86 manat dövlət rüsumunun 52 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3355.78 manat və ödənilmiş 52 manat mediasiya xərci alınaraq İddiaçı MMCnə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3355.78 manat və ödənilmiş 52 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-nə verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar