Məhkəmə qərarları › İş №2(046)-174/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-174/2021

18.03.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərəri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-174/2021 18.03.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh və DƏMX-nın Ağsu regional ərazi şöbəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, ödənməmiş əmək haqqının, məzuniyyət pullarının, və mənəvi zərərlərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Göyçay şəhərində xx xxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 750 manat əmək haqqı ,1036 manat məzuniyyət pulu, 5.000 manat mənəvi ziyanın, 30 manat dövlət rüsumunun, cəmi 6816 manat pulun Cavabdeh oğlundan tutularaq alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdeh direktoru olduğu “xxxx” ASC tərəfindən Əmək qanunvericiliyinin pozulması hallarına görə əməyi istismar edilmişdir. Belə ki, pandemiya dövründə, daha dəqiq 2020-ci ilin aprel ayında işdən sözlə azad edilmiş, ümumilikdə 6 (altı) illik iş fəaliyyətim müddətində bir dəfə də olsun əmək məzuniyyəti haqqı ödənilməmişdir. Bununla əlaqədar X2 şikayət ərizəsi ilə müraciət etmiş, nəticədə aidiyyatı strukturlar bu məsələ ilə bağlı baxılması üçün X4 Xidmətinin Ağsu regional ərazi şöbəsinə yönəldilmişdir. Bununla bağlı direktor Cavabdeh Əmək qanunvericiliyinin tələblərinə uyğun cərimə edilmiş və onun məzuniyyət pulları hesablanmışdır, müvafiq göstəriş qanunvericiliyin tələblərini kobud surətdə pozmuş Cavabdeh göndərilmişdir. Lakin iki dəfə X4 Xidmətinin Ağsu regional ərazi şöbəsinə çağırılsa da buna məhəl qoymamış və eyni zamanda ona olan borclarının qaytarılmasından imtina etmişdir. Odur ki, ona çatası 750 manat manat əmək haqqı, 1036 manat məzuniyyət haqqı Cavabdeh tərəfindən ona ödənilməmiş, 2 ay müddətində 190 manat pandemiya ilə əlaqədar karantin rejiminin elan edilməsinə uyğun olaraq, işsiz kimi qeydiyyatdan keçə bilməməyi nəticəsində vəsaiti ala bilməmiş, həmin pulları qanunsuz olaraq saxlamış və bu səbəblə də ona əlavə maddi və mənəvi zərər də dəymişdir. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, 2016-cı il tarixdən icarə müqaviləsi əsasındı “xxxx”-nın direktorudur. İddiaçı 2013-cü il tarixdən həmin mehmanxanada qeydiyyatçı vəzifəsində çalışmışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilmiş, işlədiyi müddət ərzində əmək məzuniyyətləri hesablanaraq iddiaçıya ödənilmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə maraqlı tərəf qismində DƏMX-nın Ağsu regional ərazi şöbəsinin baş əmək müfəttişi Nümayəndə izahat verərək göstərmişdir ki, İddiaçı “xxxx” ASC-də işləyən zaman əmək haqqının ödənilməməsi və məzuniyyət hüququnun pozulması ilə bağlı X4 Xidmətinə müraciət etmiş, məlumatın alınması barədə Şöbənin **********2 nömrəli, xx.xx.2020-ci il tarixli məktubu ilə “xxxx” ASC-yə müraciət olunmuşdur. Cəmiyyətin cavab məktubunda göstərilmişdir ki, İddiaçı əmək məzuniyyəti hüququndan 2019-cu ildə istifadə etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə əmək məzuniyyətindən istifadə edilməmiş iş illəri üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya ödənilməsi şərti ilə növbəti əmək məzuniyyətinə buraxılmışdır. İddiaçı istifadə edilməmiş əmək məzuniyyətinə görə 572 manat kompensasiya hesablanmışdır. İddiaçı xx.xx.2020-ci il tarixli izahatınızda 2013cü il tarixdən əmək məzuniyyətinə buraxılmadığını bildirmişdir. Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan işçilərin əmək haqqının bir hissəsinin ödənilməsinə uyğun aprel, may aylarında İddiaçı 125 manat əmək haqqı ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140-cı maddəsinin 1-ci hissəsinin tələblərinə görə məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməyindən asılı deyil. Odur ki, İddiaçı istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya səhv hesablanmışdır. Buna görə də“xxxx” ASC-nin direktoru Cavabdeh İXM-nin 192.5-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat inzibati qaydada cərimə edilmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş əmək müqaviləsinin bağlanması barədə bildirişdən görünür ki, xxxx ASC ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2016-cı il tarixli İcarə müqaviləsindən görünür ki, xxxx ASC-nin sahibi X3 ilə Cavabdeh arasında 5 illik icarə müqaviləsi bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xxxx ASC-nin pandemiyadan zərərçəkmiş işcilərin əmək haqlarının bir hissəsinin aprel ayı üçün ödənişi barədə cədvəldən görünür ki, İddiaçı 190 manat əmək haqqı ödənilmişdir. Məhkəməyə təqdim edilmiş xxxx ASC-nin pandemiyadan zərərçəkmiş işcilərin əmək haqlarının bir hissəsinin may ayı üçün ödənişi barədə cədvəldən görünür ki, İddiaçı 125 manat əmək haqqı ödənilmişdir. Məhkəməyə təqdim edilmiş Əmək Müqaviləsinə xitam verilməsi barədə bildirişdən görünür ki, xxxx ASC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Məhkəməyə təqdim edilmiş xxxx ASC-nin direktoru Cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 29 nömrəli əmrdən görünür ki, xxxx ASC-də qeydiyyatçı vəzifəsində işləyən İddiaçı xx.xx.2014-cü il tarixdən istifadə olunmamış əmək məzuniyyətinə buraxılmışdır. Məhkəməyə təqdim edilmiş xxxx ASC-nin direktoru Cavabdeh tərəfindən tərtib edilmiş İddiaçı məzuniyyət pulları haqqında cədvəlindən görünür ki, İddiaçın 572 manat məzuniyyət pulu hesablanmışdır. Məhkəməyə təqdim edilmiş İnzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, “xxxx” ASC-nin direktoru Cavabdeh işçi İddiaçı istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanı ödənilməməsinə görə İXMnin 192.5-ci maddəsi ilə təqsirli bilinin 1500 manat inzibati qaydada cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş DƏMX 16 saylı region üzrə X1 rəisi Əliyunis Mütəlllimov tərəfindən X4 Xidmətinin rəisinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Sizin “xxxx” ASC-də işləyən zaman əmək haqqınızın ödənilməməsi və məzuniyyət hüququnun pozulması barədə Azərbaycan Respublikasının Prezident Administrasiyasına, Azərbaycan Respublikası Milli Məclisinin Aparatına, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevə və digər qurumlara ünvanladığınız müraciətləriniz, X4 Xidmətinin Ağsu regional ərazi şöbəsinə daxil olmaqla, tərəfimizdən araşdırılmışdır. Məlumatın alınması barədə Şöbənin **********2 nömrəli, xx.xx.2020-ci il tarixli məktubu ilə “xxxx” ASC-yə müraciət olunmuşdur. Cəmiyyətin cavab məktubunda bildirilir ki, Siz əmək məzuniyyəti hüququndan 2019-cu ildə istifadə etmişsiniz. xx.xx.2020ci il tarixdə əmək məzuniyyətindən istifadə edilməmiş illər üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya ödənilməsi şərti ilə növbəti əmək məzuniyyətinə buraxılmışsınız. Sizin hər birinizə istifadə edilməmiş əmək məzuniyyətinə görə 572.0( beş yüz yetmiş iki) man kompensasiya hesablanmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, “xxxx” ASC ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixdə əmək müqaviləsi bağlanmış, İddiaçı həmin mehmanxada qeydiyatçı vəzifəsinə təyin edilmişdir. İddiaçı işlədiyi müddət ərzində yalnız 2019-cu il tarixdə əmək məzuniyyətinə çıxmışdır. xx.xx.2021-ci il tarixdə İddiaçı ilə “xxxx” ASC arasında əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2020-ci il tarixdə əmək məzuniyyətindən istifadə edilməmiş iş illəri 572 manat kompensasiya hesablanmışdır. İddiaçı məzuniyyətindən istifadə edilməmiş iş illəri 572 manat kompensasiyanın düzgün hesbalanmadığı üçün DƏMX-nə müraciət etmiş, əmək müfəttişliyi “xxxx” ASC-nin direktoru Cavabdeh İXM-nin 192.5-ci maddəsi ilə 1500 manat məbləğində inzibati cərimə edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı məzuniyyətindən istifadə edilməmiş iş illəri üçün kompensasiya Əmək Məcəlləsinin 140-cı maddəsinin bəndlərinə əsasən hesablanmalıdır. Əmək Məcəlləsinin 140-cı maddəsinin bəndlərinə əsasən 1. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 2. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. 3. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Belə olan halda məhkəmə hesab edir ki, “xxxx” ASC tərəfindən İddiaçı 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği – 30.4-ə bölünməli, müəyyən edilmiş məbləğ məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulmalıdır. (250:30,4=8,222), 8.222*21*6=1036.2 manat. Məhkəmə baxışı zamanı İddiaçı 750 manat əmək haqqının və 5000 manat mənəvi ziyanın cavabdeh “xxxx” ASC-nin direktoru Cavabdeh alınaraq ona verilməsi barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “xxxx” ASC-nin direktoru Cavabdeh 1036.2 manat məbləğində məzuniyyət pulu alınaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh “xxxx” ASC-nin direktoru Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar