Məhkəmə qərarları › İş №2(046)-175/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-175/2022

14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-175/2022 14.03.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh 1685.6 manat məbləğində borcun və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1705.6 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsində tələbi belə əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında 25.05.2019-cu il, 07.07.2019-cu il, 12.09.2019-cu il, 13.09.2019-cu il və 15.02.2020-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən cavabdehin 1685.6 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş, belə ki, 25.05.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 510 manat (11 ay x 103 manat + 0 manat ilkin ödəniş) olan Xiomi Mi A2 markalı telefon üçün ümumilikdə, 202 manat əsas borc, 20 manat dəbbə pulu, 07.07.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1158 manat (11 ay x 103 manat 25 manat ilkin ödəniş) Philips markalı fen, Hoffman markalı mikser, çaynik, ətçəkən, şirəçəkən, qəhvəüyüdən, qazan dəsti üçün ümumilikdə, 412 manat əsas borc, 41 manat dəbbə, pulu, 12.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 338 manat (12 ay x 27 manat + 14 manat ilkin ödəniş) Samsung Galaxy A10 markalı telefon üçün 162 manat əsas borc, 16 manat dəbbə pulu, 13.09.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 451 manat (11 ay x 41 manat + 0 manat ilkin ödəniş) Led tv üçün ümumilikdə, 115 manat əsas borc, 11 manat dəbbə pulu və 15.02.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 671 manat (14 ay x 45.9 manat + 28 manat ilkin ödəniş) Xiomi markalı Mi A3 üçün ümumilikdə, 642.6 manat əsas borc, 64 manat dəbbə pulu borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh qalan borcunu ödəməmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 25.05.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh 15 ay müddətinə dəyəri 510 manat olan Xiomi Mi A 2 markalı telefon satılmışdır. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07.07.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh 11 ay müddətinə dəyəri 1158 manat olan Kunc Anhel markalı Philips markalı fen, Hoffman markalı mikser, çaynik, ətçəkən, şirəçəkən, qəhvəüyüdən, qazan dəsti satılmışdır. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12.09.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh 12 ay müddətinə dəyəri 338 manat olan Samsung Galaxy 10A telefon satılmışdır. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13.09.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh 11 ay müddətinə dəyəri 451 manat Led Tv satılmışdır. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 15.02.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh 14 ay müddətinə dəyəri 671.6 manat Xiomi Mi A3 markal telefon satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdehdən 25.05.2019-cu il tarixli müqavilə üzrə 20 manat, 07.07.2019-cu il tarixli müqavilə üzrə 41 manat, 12.09.2019-cu il tarixli müqavilə üzrə 16 manat, 13.09.2019-cu il tarixli müqavilə üzrə 11 manat və 15.02.2020-ci il tarixli müqavilə üzrə 64 manat dəbbə pulu tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafeylərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun ümumilikdə 11 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsas borc üzrə 1533.6 manat borc, 11 manat cərimə borcu və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1533.60 manat əsas borc, 11 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu alınara İddiaçı MMC-nin hesabına keçirilsin. Qətnamənin icrası Cavabdeh yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar